2022-ci ilin sentyabr ayında İranda hökumət əleyhinə baş qaldıran geniş etirazların ardınca İran müxalifətindəki siyasi cərəyanlarda fəaliyyət metodu və bir-birləri münasibətləri baxımından ciddi dəyişiklik və hətta transformasiya yaşandığı görünür.
Amerikanın Səsinə danışan siyasi fəal Cavad Abbasinin sözlərinə görə, İrandakı son etirazlardan sonra, Azərbaycan Milli Hərəkatının əsas siyasi xəttində bir dəyişiklik baş verməyib. Lakin, o, bu xəttən ayrılan qüvvələrin olduğunu önə çəkir.
Your browser doesn’t support HTML5
Keçən həftələrdə bir neçə Güney təşkilatının da daxil olduğu İranda Millətlərin Demokratik İttifaqı tərəfindən verilən İran Xalq Mücahidləri (MEK) təşkilatı ilə bağlı bir bəyanat milli hərəkata mənsub qüvvələr arasında ciddi mübahisələrə səbəb olub. Xalq Mücahidləri minlərlə üzvü olan mübahisəli bir müqavimət təşkilatıdır.
İyunun 30-da Albaniya polisinin paytaxt Tirana yaxınlığındakı MEK düşərgəsində axtarış apardığı zaman mücahidlər ilə polis qüvvələri arasında toqquşma yaşanıb. Polis reydinin mütəşəkkil cinayət və korrupsiyaya qarşı xüsusi qurum tərəfindən yürüdülən istintaqın bir hissəsi olduğu bildirilib. Amerikanın Səsinin Fars xidmətinin xəbərinə görə, Bayden administrasiyası Albaniya hökümətinin öz ərazisində mümkün qanunsuz fəaliyyətləri araşdırmaq haqqını dəstəkləyib.
Cavad Abbasi deyir ki, "bunların Albaniya dövləti ilə hansı anlaşmanı pozduğu bizə məlum deyil. Ancaq polisin haqqı var. Polis hər yerdə əgər qanun izin versə girib araşdırıb təhqiqat aparmalıdır."
Güney Azərbaycan Demokrat Partiyası (GADP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Azərbaycan Mərkəz Partiyası və Qaşqay Azadlıq Yolu Partiyasının (Qayı) da daxil olduğu İranda Millətlərin Demokratik İttifaqının bəyanatında yazılıb ki, "Millətlərin Demokratik İttifaqi Xalq Mücahidlərinin bəzi mövqelərini, xüsusilə İranda millətlərin məsələsinin demokratik həlli ilə bağlı mövqeyini tənqid etsə də, mücahidlərin düşərgəsinə hücum edən Albaniya polisinin qeyri-prinsipial hərəkətini məhkum edir. Bu hücum qətiyyən İslam Respublikası rejimi və bəzi Avropa dövlətləri ilə koordinasiyalı şəkildə həyata keçirilmişdir. Bu növ addımlar mütləq İran müxalifətinin zəiflənməsi yönündədir və İslam Respublikası rejiminə yarayacaq."
İttifaqın verdiyi bəyanat hər zaman İran Xalq Mücahidləri təşkilatına uzaq mövqedə olan Azərbaycan Milli Hərəkatına mənsub qüvvələr arasında ciddi mübahisələrə yol açıb.
Cavad Abbasinin də aralarında olduğu təqribən 150 milli və mədəni fəalın imzaladığı bir müraciətdə yazılıb ki, "Güney Azərbaycan adına çalışan təşkilatların Xalq Mücahidləri ilə bağlı yayımladıqları dəstək və qınaq bəyanatını Güney Azərbaycan milli hərəkatının prinsiplərinə, maraqlarına, demokratik və dünyəvi mahiyyətinə zidd olaraq qiymətləndiririk."
SEE ALSO: Mahmud Bilgin: İranda sentyabr 2022 etirazlarından sonra güney təşkilatlarında fəallıq artıbAbbasi müsahibədə Xalq Mücahidləri ilə əlaqədar bəyanat verməyi Azərbaycan Milli Hərəkatının əsas xəttindən ayrılmaq kimi dəyərləndirib:
"İranda demokratiyanın olmaması üçün partiya yoxdur. Açıq fəaliyyət yoxdur. Amma, qeyri-rəsmi olaraq hər zaman aktiv şəkildə meydanda olan qüvvələr və aydınların sahə dəyərləndirmələri və toplumun fərqli qatlarının məsələləri bir araya gətirilərək bir nəticəyə yetişilirdi ki, hansısa mövzuya dair bir iradə ortaya qoyulsun. Məsələn bir etiraza çıxılsın. Anncaq, görünür ki, bu dörd təşkilat tərəfindən verilən bəyanatda bu məsələ diqqətə alınmayıb. Bu günə qədər diqqətə alınırdı. Təşkilatlar sahədən təsir alırdı və sahəyə təsir göstərə bilirdi. Mücahidlərə dəstək bəyanatı Milli Hərəkatın ana strategiyası və siyasi xəttindən uzaqdır və bəlli siyasi əlaqələr və işbirliklərinə dayanaraq verilmiş bir bəyanatdır."
Xalq Mücahidləri ilə bağlı bəyanat verən Demokratik İttifaqın tərkibində olan Güney Azərbaycan Demokrat Partiyasının (GADP) nümayəndəsi Mahmud Bilgin isə iki həftə əvvəl Amerikanın Səsinə verdiyi müsahibədə ittifaqın bəyanatını bir "siyasi yanaşma" kimi dəyərləndirib.
Bilgin deyib ki, "Qərb dövlətləri o zaman ki gördülər, İran bu qiyamları yatıra bildi, öz milli mənfəətləri üçün hərəkətə keçdilər ki, məsələn nüvə müzakirələri və ya İranda həbsdə olan ikili vətəndaşların azadlığı ilə bağlı nə edə bilərlər. Bu əsasda İslam Respublikasına qarşı olan siyasi qüvvələrə hücum edilməsinə icazə verirlər. Ona görə, bu məsələyə siyasi yanaşmaq lazimdir. Biz də siyasi qüvvələr olaraq [düşünürük ki], əgər bugün mücahidlərə hücum edirlər, sabah da bizə hücum edəcəklər."
SEE ALSO: Cavad Abbasi: İranda təhsil sistemi yanlış təməllər üzərində qurulubİran Xalq Mücahidləri təşkilatı daha əvvəl ABŞ-ın xarici terror təşkilatları siyahısında yer alıb. Dövlət Departmenti 2012-ci ilin sentyabr ayında qrupu siyahıdan çıxarıb, Lakin, Xalq Mücahidləri ilə bağlı bir təşkilat olaraq, xüsusən də öz üzvlərinə qarşı zorakılıq və istismar iddiaları ilə əlaqədar ciddi narahatlıqların olduğunu da qeyd edib.
Cavad Abbasi Xalq Mücahidlərinin siyasi xətti və qrupla bağlı söylənənlərə diqqət çəkərək deyib ki, "bizim türk mərkəzli hərəkat sekulardır (dünyəvidir), mədənidir, insan haqlarına əsaslanır və hüquq mücadiləsi verir... Xalq Mücahidləri ilə bağlı bəyanat göstərir ki, Azərbaycan Milli Hərəkatının bu ana xəttindən ayrılanlar var."