ABŞ-ın maliyyə dəstəyi ilə 120 şagird və müəllim ingilis dili proqramı keçib

ABŞ tərəfindən maliyyələşdirilən Aztəminatlı İcmalar üçün İngilis dili Proqramının iştirakçıları (Mənbə: VOA)

ABŞ tərəfindən maliyyələşdirilən Aztəminatlı İcmalar üçün İngilis dili Proqramını başa vuran 120 nəfər şagird və müəllim heyəti ilə Şəki, Astara və Gəncədə mərasim keçirlib.

ABŞ səfirliyinin məlumatında deyilir ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən mübadilə proqramlarının məzunlarına ingilis dilində danışıq və qavrama bacarıqlarını artıran kommunikativ tədris metodlarına əsaslanan proqram tərtib edilib.

ABŞ tərəfindən maliyyələşdirilən Aztəminatlı İcmalar üçün İngilis dili Proqramının iştirakçıları (Mənbə: VOA)

“Bölgələrə səfər zamanı səfirliyin əməkdaşları proqram iştirakçılarının irəliləyişini dəyərləndirmək üçün qiymətləndirmə tədbirləri həyata keçiriblər”, məlumatda qeyd edilir.