"Düşündüm ki, jurnalistəm deyə mənə işgəncə verməzlər, amma polis məni düşüncəmdə yanıltdı"
Your browser doesn’t support HTML5
Gədəbəyin Söyüdlü kəndindəki hadisələri işıqlandıran jurnalist Elməddin Şamilzadə iyunun 23-də polis tərəfindən zorakılığa məruz qaldığını bildirir. O deyir ki, polis bölməsində ondan polislərlə bağlı materiallarının silinməsi tələb olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı reaksiya verməyib.