Amerikanın Səsinə danışan insan haqları vəkili Sina Yusufinin sözlərinə görə, İran Azərbaycanında ətraf mühit, hava çirkliliyi, eləcə də əmək haqqı kimi məsələlər ilə əlaqədar məhkəməyə müraciət edən əhalini müdafiə edən vəkillər təhlükəsizliklik qurumlarının sistemli təzyiqlərinə məruz qalır.
Yusufi müsahibədə həmçinin keçən illərdə bir qrup vəkil və bir qeyri-hökümət təşkilatı ilə birlikdə Urmiyə gölünün qurumasına cavabdeh olan qurumları məhkəməyə verdiklərini açıqlayıb. O, deyib ki, bizdən Urmiyə gölünün mülkiyyət sənədini istədilər, bizi maraqlı tərəflər olaraq qəbul etmədilər.
Your browser doesn’t support HTML5
Türk fəallar Tehranın İran Azərbaycanının ətraf mühit və təbii sərvətləri ilə bağlı yürütdüyü siyasətinin məhv etmək və ya mərkəz vilayətlərin xeyrinə istismar etmək yönündə olduğunu önə çəkirlər.
Yusufinin sözlərinə görə, "ətraf mühitin zədələnməsi və məhv edilməsi ilə bağlı bir çox məsələ var. Urmiyə Gölü məsələsi var. Havanın çirkliliyi məsələsi var ki, sənayelərin şəhərlərə yaxın olmasıdır. Süngün mədənində baş verənlər var. O biri mədənlər, Əndəriyan qızıl mədəninin ətraf mühitə ziyanları... təəssüflə belə durumlar o qədər çoxdur ki. Hər məsələdə, misal üçün ətraf mühit qanunsuzluqlarının bir aspekti var."
SEE ALSO: Türkan Bozqurt: İran Azərbaycanında dil, ətraf mühit və təbii sərvətlər ilə bağlı siyasət müstəmləkəçilik siyasətinin nümunələridirİnsan haqları vəkili ətraf mühiti çirkləndirən və ya məhv edən iqtisadi fəaliyyətlərin İran qanunlarına görə yasaq olduğunu deyib. Ancaq, o, müsahibədə siyasi və təhlükəsizlik orqanların bu sahədəki hüquqi proseslərə müdaxilə etdiyi nümunələrə də diqqət çəkib.
"Urmiyə gölü məsələsi ilə bağlı [Şərqi Azərbaycan vəkillər kollegiyasının] insan haqları komissiyası məhkəməyə müraciət etmişdi. Əlbəttə biz komissiyanın üzvləri olaraq, Azərbaycanda yaşayan və ətraf mühit məsələsindən, yəni gölün qurumasından ziyan görən vətəndaşlar olaraq bu məsələyə daxil olduq. Bir qeyri-hökümət təşkilatının yardımı ilə inzibati ədalət məhkəməsinə müraciət edərək ən başda brezident administrasiyası və vilayətlərdə əlaqədar qurumlardan gölün su haqqının verilmədiyinə dair şikayət etdik," insan haqları vəkili bildirib.
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidirSina Yusufinin dediklərinə görə, inzibati məhkəmə onları Urmiyə gölü mövzusunda maraqlı tərəflər olaraq görmədiyi üçün şikayəti rədd edib:
"Məhkəmə nəticədə şikayəti məntiqsiz bir əsaslandırma ilə rədd etdi; dedilər ki, gölün mülkiyyət sənədini gətirin! Yəni ki, siz maraqlı tərəflər deyilsiniz... Halbuki, Urmiyə gölünün qurumasından ziyan görən millətdir. Yazıblar ki, şikayətçilərin maraqlı tərəflər olmaması və mülkiyyət sənədi göstərməməsi səbəbilə [şikayət rədd edilir]. Bu, tarixdə yazılmalıdır ki, Azərbaycanda yaşayan və Urmiyə gölünün qurumasından ziyan görən insanlardan gölün mülkiyyət sənədini istədilər."