Traktor komandası Asiya Çempionlar Liqasında olacaq

Traktor azarkeşləri

İran Azərbaycanının məşhur futbol komandası olan Traktor, Asiya Çempionlar Liqasında olacaq.

“Varzesh 3” xəbər agentliyinin yaydığı məlumata əsasən, İranda türklərin ən məşhur futbol komandası olan Traktor, bu səfərki Asiya Çempionlar Liqasında mütləq iştirak edəcək.

Traktor futbol komandası İranın Premyer Liqasında 52 xalla dördüncü yeri tutmağı bacarıb və İstiqlal komandasının Asiya Çempionlar Liqasından kənarlaşdırılması mümkün olduğuna görə bu komanda Asiya Çempionlar Liqasında mütləq şəkildə iştirak edəcək.

Son zamanlarda Futbol Federasiyasına peşəkar lisenziyası üçün müraciət edən Traktor komandası ilkin komissiyanın rəyini qazanaraq, lisenziya qazanan komandalar sırasına qoşulmağı bacarıb. Bu komanda İrandan Asiya Çempionlar Liqasına iştirak etmə haqqını qazanan 4-cü futbol komandası olub.

Traktor komandası son dəfə iki mövsüm əvvəl Çempionlar Liqasında iştirak etmişdi və indi 7 ildən sonra təkrar Asiya Çempionlar Liqasında bu beynəlxalq tədbirə ev sahibliyi edə biləcək.

İranda məşhur türk komandası olan Traktor, ölkədə və hətta digər ölkələrdə İranda yaşayan türklərin bir simvolu kimi tanınıb.

SEE ALSO: Təbrizdə Traktor oyununda “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirilib

Komandanın azarkeşləri İranda baş tutan fərqli hadisələr və bu ölkədə yaşayan türklərin fərqli cəhətlərdən təzyiq olan haqlarına şüar səsləndirmək və ya plakat açmaq kimi reaksiyalar göstərməklə insanlara çatdırırlar və beləliklə bu komandanı bir simvol halına gətiriblər.

SEE ALSO: Traktor tərəfdarları paytaxt Tehranda "Türk Dilində Mədrəsə" şüarını səsləndirib

Traktor azarkeşləri hər oyunda bəlli dəqiqələrdə İranda yaşayan türklərin öz ana dillərində təhsil alma hüquqlarından məhrum olmaları və İranda qadınların futbol maçlarına getmələrinə qadağa qoyulması kimi mövzülarla bağlı hakimiyyətə qarşı şüarlar səsləndirirlər.

Onlar həmçinin ölkədə və habelə bölgədə baş verən Qarabağ muharibəsi, zəlzələ kimi hadisələrdə dövlətin laqeydliyi və digər mövzülarla əlaqədar dövlətə qarşı şüarlar səsləndirib və plakatlar açırlar.