Dörd aylıq inzibati və məhkəmə prosedurlarından sonra İranın Qeydiyyat İdarəsi nəhayət ki, Yağış və Urmu adlı azərbaycanlı körpələr üçün şəxsiyyət vəsiqələrinin verilməsinə razılıq verib.
Yağış və Urmu adlı iki əkiz uşaq atası olan Vəhid Bağırpur dörd ay inzibati və məhkəmə prosedurlarından keçəndən sonra uşaqları üçün şəxsiyyət vəsiqəsi almağa müvəffəq olduğunu açıqlayıb.
Təbrizdə yaşayan azərbaycanlı ailə yanvarın 28-də əkiz qızları dünyaya gəldikdən sonra, övladlarına Yağış və Urmu adları ilə şəxsiyyət vəsiqəsi almaq üzrə qeydiyyat idarəsinə müraciət edib, lakin qeydiyyat idarəsinin səlahiyyətliləri bu adlarla şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.
Vəhid Bağırpurun öz Instagram səhifəsində paylaşdığı məlumata görə, onlar uşaqlarına istədikləri adlarla şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün məhkəməyə şikayət etmək məcburiyyətində qalıblar.
Bu azərbaycanlı uşaqların atası Yağışın şəxsiyyət vəsiqəsinin alınması prosesi ilə bağlı yazıb ki, “Yağışın adına görə, dostlarından biri keçən il bir neçə aylıq mübarizədən sonra qızına şəxsiyyət vəsiqəsi ala bildiyi üçün biz də qeydiyyat idarəsini buna əsaslanaraq, həmin adla bizim övlada şəxsiyyət vəsiqəsi verməyə məcbur etdik”.
İranda qeydiyyat idarəsi daha öncə şəxsiyyət vəsiqəsi verilmiş adların qeydiyyat keçməsinə və şəxsiyyət vəsiqəsi verilməsinə mane ola bilməz. Beləliklə, İran Azərbaycanında ailələrin övladlarına türk adlar ilə şəxsiyyət vəsiqəsi alması üçün mədəni mübarizəsi, övladlarına türk adları vermək niyyətində olan digər ailələrin də işini asanlaşdırır.
Vəhid Bağırpur digər övladı olan Urmu üçün şəxsiyyət vəsiqəsi almaq üçün məhkəməyə şikayət etmək məcburiyyətində qaldığını qeyd edib. O, Urmu adının mənasını və habelə bu adın qadın adı olduğunu məhkəməyə sübut etməli olduqlarını və nəhayət məhkəmənin buna razı etdiklərini bildirib. Bağırpur Urmu üçün mayın 22-də İran Azərbaycanında May Qiyamının ildönümü günündə övladına şəxsiyyət vəsiqəsi aldığını bildirib.
SEE ALSO: Təbrizdə azərbaycanlı körpəyə "Urmu" adı ilə şəxsiyyət vəsiqəsi verilmir"Dörd aylıq gediş-gəliş və şikayətlərdən və bir neçə məhkəmə iclasından sonra Urmu-nun Urmiyə şəhərinin köhnə adı olduğunu və müxtəlif dillərdə gözəl mənaları olduğunu, onlardan birinin cənnət şəhəri və ya su şəhəri olduğunu sübut edən sənədləri təqdim edib, habelə şəhər adlarının qadın adı olduğunu sübut edən bütün dilləri məhkəməyə təqdim etdikdən sonra nəhayət bu gün Azərbaycan xalqının dövlət aparteidinə qarşı üsyanının ildönümü günündə şəxsiyyət vəsiqəsi verməyə məcbur oldular" -deyə Urmunun atası qeyd edib.
SEE ALSO: Ərdəbil vilayətində türk adlar ailələrin övladlarına ən çox seçdiyi adlar sırasında yer alıbİran İslam Respublikasının qeydiyyat idarəsi ailələri müəyyən etdiyi adlar siyahısından birini seçməyə məcbur edib. Azərbaycanlı ailələr uşaqlarına istədikləri türkcə adları qoya bilmək üçün uzun və yorucu inzibati və məhkəmə prosedurlarından keçməli olurlar. Buna rəğmən, son illərdə azərbaycanlı ailələrin övladlarına türkcə ad seçmə tələbinin artdığı və türkcə adların populyar adlar siyahısına daxil olduğu müşahidə olunur.