Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə növbəti görüş keçiriləcək
Your browser doesn’t support HTML5
Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında mayın 14-ü Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə növbəti görüş baş tutacaq. Bu, Azərbaycan və Ermənistan liderlərinin Şarl Mişelin də iştirakı ilə üçtərəfli formatda keçirilən beşinci görüşü olacaq.