ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara aprelin 18-də insan haqları üzrə vəkillərlə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfirliynin məlumatına görə, görüş zamanı vəkillərin insan hüquqlarının təbliği sahəsində gördüyü işlər müzakirə edilib.
“Birləşmiş Ştatlar dini etiqad azadlığı, tolerantlıq və fundamental azadlıqlar müdafiəçilərini dəstəkləməkdən qürur duyur”, səfirliyin məlumatında qeyd edilir.
Görüşdə insan hüquqları sahəsində ixtisaslaşan vəkillər Elçin və Zibeydə Sadıqovlar, Cavad Cavadov, Bəhruz Byramov, Aqil Layıc, Şəhla Hümbətova iştirak edib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, görüş zamanı ölkədə insan hüquqlarının durumu və bu sahədə perspektivlər müzakirə edlib.
“Cənab Gevara bildirdi ki, ABŞ dövləti üçün insan haqları prioritet məsələdir. ABŞ insan haqlarını müdafiə edən şəxsləri daim müdafiə edir. Siyasi məhbus məsələsi də müzakirə mövzusu oldu. Ümumi mövqe belədir ki, ölkədə siyasi məhbus olmamalıdır, insanlar siyasi səbəblərlə həbs olunmamalıdır, məhkəmələr icra hakimiyyətinin sifarişi ilə insanların həbsinə qərar verməməlidir. Məhkəmələrin müstəqilliyi təmin edilməlidir”, o qeyd edib.