Accessibility links

ABŞ-ın müvəqqəti işlər vəkili AXCP və REAL Partiyasının sədri ilə görüşüb


Hüqo Gevara (Rəsmi foto, mənbə ABŞ səfirliyi)
Hüqo Gevara (Rəsmi foto, mənbə ABŞ səfirliyi)

Dekabrın 15-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Gevara müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədovla ayrılıqda görüşüb.

AXCP sədri Əli Kərimli Facebook səhifəsində yazıb ki, “cənab Gevara ilə "Siyasi partiyalar haqqında" yeni qanun, ölkədəki siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması başda olmaqla ölkəmiz üçün vacib ictimai-siyasi problemləri müzakirə etdik".

REAL Partiyasının sədri İlqar Məmmədov isə Facebook səhifəsində yazıb ki, müvəqqəti işlər vəkili Hüqo Gevaranın dəvəti ilə ABŞ səfirliyində onunla görüşüb.

“Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində olan münasibətlərin gündəminə aid mövzular haqqında fikir mübadiləsi aparıldı”, o qeyd edib.

Öz növbəsində, ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda görüşlərin olduğunu təsdiq edib.

“Bəli, qeyd edildiyi kimi, müvəqqəti işlər vəkili Gevara AXCP sədri Əli Kərimli və REAL Pratiyasının sədri İlqar Məmmədovla görüşüb və Facebook yazısında qeyd olunan məsələləri müzakirə edib,” mətbuat xidmətinin cavabında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG