İrandakı son ümummilli etirazlar fonunda ölkə xaricində fəaliyyət göstərən diaspora qüvvələri arasında meydana gələn birlik çağırışları, bloklaşmalar və geniş siyasi cəbhələrin formalaşdırılması yönündə təşəbbüslər genişləyərək davam edir.
Amerikanın Səsinə danışan siyasi fəal Babək Çələbiyanlı deyir ki, sağlam əməkdaşlıq zəmininin yaranması üçün müxalifətdəki bütün tərəflər öz tələbləri və həssasiyyətləri xüsusunda açıq davranmalıdırlar.
Your browser doesn’t support HTML5
"Daxildəki etirazlarla yanaşı İran xaricində də müxtəlif siyasi qüvvələr öz çaplarında çalışdılar ki, içəridəki etirazlara dəstək olub və hətta bəzən bu etirazlara yön versinlər. Keçən 6-7 ay içində görürük ki, İranın mərkəzçi gücləri xaricdə daha çox aktiv olublar. Onlar media imkanlarına sahib olduqları üçün səslərini dünyaya daha yüksək səviyyədə çatdıra bilirlər," Çələbiyanlı söyləyir.
O, xaricdəki müxalifət sıralarında böyük bir həyəcan olduğunu ifadə edir.
Keçən ilin sentyabr ayında baş qaldıran və bir neçə ay davam edən hökümət əleyhinə etirazların ardınca xaricdəki İranlı diaspora qüvvələri arasında birləşmə cəhdləri artsa da, qeyri-fars icmalara mənsub müxalifət qüvvələri ilə digər müxalif qruplar arasında nəzərəçarpan bir yaxınlaşma görünmür.
SEE ALSO: Ural Hatəmi: Onların 'İranın ərazi bütünlüyü' şərtinə qarşı qeyri-farsların da 'öz müqəddəratını təyin etmə' şərti varBabək Çələbiyanlının sözlərinə görə, "mərkəzçi qruplar [qeyri-fars] millətlərin hüquqlarına gəlindiyində hələ də bu məsələyə boyun əyməyiblər. Bu məsələdən uzaq durmağa çalışırlar. Amma, yavaş-yavaş görünür ki, qeyri-fars millətlər, yəni kürd, türk, bəluç və türkmən kimi millətləri görməzdən gəlsələr İranda hər hansı bir ciddi dəyişiklik baş tutmayacaq. Bu millətlər demək olar ki, İran əhalisinin 60-70 faizini təşkil edirlər. Mərkəzçi qüvvələr bunu görür, ancaq etiraf etmək istəmirlər. Çalışırlar bu məsələni dolayısı yollarla güya həll etsinlər."
O, hesab edir ki, sağlam bir iş birliyi zəmininin yaradılması üçün müxalifətdəki fərqli tərəflər öz tələblər və həssasiyyətlərini açıq şəkildə ortaya qoymalıdırlar:
SEE ALSO: Rza Talibi: “Birləşmək üçün bir şəxsi mərkəzə qoyurlar, İran toplumundakı fərqlilikləri göz ardı edirlər”"Həm onlar, yəni mərkəzçi qüvvələr, həm də qarşıda olan bizlər, yəni türklər, bəluçlar və digər qeyri-fars millətlər açıq oynamalıyıq. Yəni, üstü-başı bağlı danışmaqla, ümumi sözlər deməklə kimsə başqasını aldada bilməz."
Çələbiyanlı əlavə edir ki, "İran müxalifəti ən azından milli müqəddəratı təyin etmə haqqını açıq şəkildə dilə gətirməlidir... Bu olsa, bəlkə bir çox qeyri-fars millətlər də onlarla iş birliyi apara bilər. Amma, yox, bu haqqı bizə tanımasalar, mən inanmıram ki, Azərbaycan Milli Hərəkatına mənsub olan heç bir siyasi təşkilat onlarla iş birliyi aparsın. Əlbəttə ki, fürsətçilər və opportunistlər hər zaman olub və olacaq. Özlərini Azərbaycan Milli Hərəkatının mənsubu kimi göstərib, gedib oturub alver də edəcəklər."