Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Bakıda səfərdədir

Toyvo Klaar

Martın 5-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Bakıya gəlib.

Aİ-nin Xüsusi Nümayəndəsinin ofisinin məlumatına görə Xüsusi Nümayəndə yüksək səviyyəli müntəzəm məsləhətləşmələr çərçivəsində martın 6-da Bakıda görüşlər keçirəcək.

Toivo Klaarın twitter hesabı

Toivo Klaar Twitter hesabında da paylaşım edib.

"Yenidən Bakıya. Münhen görüşlərindən sonra sülh prosesini inkişaf etdirmək üçün Azərbaycan rəhbərliyi ilə əsaslı görüşləri gözləyirik. Bu gün baş verən ölümcül insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqları təcicli irəli aparmağın vacibliyini vurğulayır", o qeyd edib.

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsinin Bakıya səfəri Qarabağda Azərbaycan hərbçiləri ilə ermənilər arasında silahlı insidentin baş verdiyi günə təsadüf edir. Hər iki tərəf ölənlərin və yaralananların olduğunu bildirir.