Avropa İttifaqının müşahidəçilərinin qabaqcıl qrupu Yerevana gedib.
Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar özünün Twitter səhifəsində məlumat verib.
"27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti monitorinq eləmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq" - deyə, o əlavə edib.
Oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.
Görüşdə Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verilib.