İran fevralın 7-də Təbriz hava limanından Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün bu ölkənin Qızıl Aypara Cəmiyyətindən 50 nəfərlik bir qrup göndərib.
İRNA dövlət xəbər agentliyinin məlumatına görə, fevralın 7-də İran Qızıl Aypara Cəmiyyətinin bir qrupu Təbriz hava limanından Qaziantep hava limanına yola düşüb.
İran rəsmilərinin bildirdiyinə görə, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə səkkiz ton tibbi ləvazimat və ilkin tibbi yardım göndərilib.
SEE ALSO: İran Türkiyənin Xoy zəlzələsində zərər çəkənlərə yardım təklifini qəbul etməyibTürkiyə Qızıl Aypara Cəmiyyəti daha əvvəl İranın Xoy zəlzələsindən zərərçəkənlərə yardım təklifini rədd etdiyini açıqlamışdı. Həmçinin, bəzi mənbələr Azərbaycan hökumətinin Xoy şəhərində zəlzələdən zərərçəkənlərə yardım təklifini geri çevirdiyi barədə məlumat yaymışdılar.