İranda Evin və Təbriz Mərkəzi Həbsxanalarında məhbus olan bəzi azərbaycanlı siyasi məhbuslar Xoy şəhərində zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına başlayıblar.
Hüquq müdafiəçiləri və xəbər saytlarının məlumatına görə, Tehranın Evin həbsxanasında uzunmüddətli həbsdə olan İran Azərbaycanından siyasi məhbuslar Əlirza Fərşi, Əkbər Nəimi və Tovhid Əmir Əmini zəlzələdən zərər çəkənlərə maddi yardım kampaniyasına başlayıblar.
Onların hər biri Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində zəlzələdən zərərçəkənlər üçün istilik cihazlarının alınması üçün 10 milyon tümən pul ayırıb.
Digər siyasi məhbus, Təbriz Mərkəzi Həbsxanasında saxlanılan Ruzbeh Piri də bu kampaniyaya qoşularaq, zəlzələdən zərərçəkənlərə 3 milyon tümən yardım edib.
Güneyli milli fəallar Xoyda zəlzələdən zərərçəkənlərə yardım toplamaq məqsədil ciddi şəkildə fəaliyyət göstəriblər. Həmçinin xaricdəki milli fəallar Xoy şəhərində zəlzələdən zərər çəkənlərə maddi yardım toplamaq üçün kampaniyalara başlayıblar.
SEE ALSO: Xoy zəlzələsində zərər çəkənlər digər şəhərlərdən yardım istəyir, hökumət ləng davranırQərbi Azərbaycan vilayətinin Xoy şəhərində yanvarın 28-də baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində 3 nəfər həyatını itirib, minlərlə insan yaralanıb və 10 minlərlə insan evsiz qalıb.
Hökumət rəsmiləri zəlzələdən zərər çəkmiş bölgələrdə çadır, istilik cihazları və qida paylanmasında çatışmazlıq olduğunu etiraf ediblər. İran hakimiyyətinin zəlzələdən zərər çəkmiş bölgələrə tez və operativ yardım göstərməməsi, habelə qonşu ölkələr olan Türkiyə və Azərbaycanın Qırmızı Aypara Cəmiyyətlərinin yardım təklifini rədd etməsi İran Azərbaycanında ictimai tərəfindən tənqidlərələ qarşılanıb.