Vaşinqtonda “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçirilib

Vaşinqtonda “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçirilib (Foto Turan TV-nindir)

Yanvarın 5-də Azərbaycan Naminə Demokratiya (AND) Təşkilatının təşəbbüsü ilə bir qrup azərbaycanlı fəal Vaşinqtonda, Ağ Evin binasının qarşısında “Siyasi məhbuslara azadlıq!” tələbi ilə aksiya keçirib.

Aksiyada həmçinin “Bəxtiyar Hacıyevə, Tofiq Yaqubluya, Abid Qafarova, Taleh Bağırzadəyə, Əli Əliyevə, Əvəz Zeynallıya, Niyaməddin Əhmədova, Aqil Hümbətova azadlıq!” şüarları qaldırılıb. Akisya iştiakçıları siyasi məhbus kimi tanınan şəxlsərin fotoları əks olunmuş plakatlar nümayiş etdirib.

“Biz Azərbaycanda qanunların icra olunmasını, insanların təqib olunmamsını, bütün siyasi məhbusların azad edilməsini istəyirik. Biz Azərbaycanda demokratiya, demoktatik hökumət istəyirik,” aksiya iştrirakçılarından biri qeyd edib.

Aksiya sosial şəbəkələrdə canlı olaraq yayılıb.

AND (Azərbaycan Naminə Demokratiya - Azerbaijan needs democracy) 2016-cı il sentyabrın 11-də Fransanın Strasburq şəhərində azərbaycanlı siyasi mühacirlər tərəfindən təsis edilib.