Accessibility links

Strasburqda Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib


Strasburqda Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib
Strasburqda Azərbaycan nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilib

Avropadakı siyasi mühacirlərin Azərbaycan Naminə Demokratiya (AND) Hərəkatının fəalları noyabrın 15-də Azərbaycanın Strasburqda Avropa Şurasındakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirib.

Bu barədə AND Hərəkatı facebook səhifəsindıə məlumat yayıb.

Azərbaycanlı siyasi mühacirlər ölkədə antidemokratik siyasətin dərinləşdirilməsinə, repressiyaların güclənidirilməsinə etiraz edərək, müxalifət liderlərinə də işgəncə verilməsinə qədər dərinləşən işgəncələrin və həbslərin dayandırılmasını tələb edib.

Piketin qətnaməsində həmçinin Avropa Şurasına üzv olan Azərbaycan siyasi hakimiyyətindən üzərinə düşən beynəlxalq öhdəliklərə əməl etmək, artan repressiyalara son qoymaq tələb olunur.

Bundan əlavə, aksiya iştirakçıları Azərbaycan hakimiyyətini ölkədə toplaşmaq azadlığının qeyd-şərtsiz təmin edilməsi də daxil olmaqla, sərbəst siyasi fəaliyyət üçün hüquqi çərçivənin müəyyən olunmasına çağırıb.

Həmçinin söz, ifadə və informasiya azadlığının təmin olunması tələb edilib.

Öz növbəsində, bir qayda olaraq Azərbaycan hakimiyyəti ölkədə fundamental azadlıqların tam təmin edildiyini bildirir və tənqidləri qərəzli sayır.

XS
SM
MD
LG