Siyasi şərhçi Duman Radmehr Amerikanın Səsi ilə söhbətdə sentyabr ayından bəri İranda davam edən geniş etirazlar fonunda ölkə xaricində təşkil olunan dəstək mitinqləri və yürüşləri haqqında danışıb.
Your browser doesn’t support HTML5
Oktyabrın 22-də Berlində on minlərlə insanın iştirakı ilə keçirilən böyük mitinqə qatılan siyasi fəal son vaxtlar xaricdəki iranlı mühacirlərin təşkil etdiyi tədbirlərdə bir yetkinləşmə gördüyünü söyləyir.
birinci dəfə idi ki, bu genişlikdə bir mitinq keçirilirdi və qeyri-fars millətlərin bu genişlikdə öz bayraqları ilə iştirakı var idi.
Duman Radmehr İranda həftələrdir davam etməkdə olan etirazların keçmişdəki etirazlarla müqayisədə toplumun fərqli qruplar və siniflərini daha çox əhatə etdiyini ifadə edir:
“Bu etirazlar keçmişdəki etirazlarla müqayisədə daha qapsamlıdır. Bir də gənc etirazçıları meydanlara gətirib. Keçmiş etirazlara baxanda normalda bəlli kəsimlər və bəlli qruplar aktivcə qatılırdılar. Bu dəfə sanki bütün kəsimlər, qadın, kişi, işçi, etnik qruplar, hətta orta təbəqə özünü bu etirazların tərəfi bilir və meydandadırlar.”
Onun sözlərinə görə, “İranda etirazlar başlayandan hərkəsə aydın idi ki, bunun uğur qazanmasının şərtlərindən birisi etirazların davamlı və dayanıqlı olmasıdır. Ona görə də, içəridə biraz ara düşəndə xaricdə böyük etirazlar ilə içəriyə də sanki yeni bir enerji verilmiş olur. Ona görə, etirazlar başlayandan bəri xaricdə iranlıların yaşadığı şəhərlərdə həftələrdir mitinqlər davam edir və getdikcə də böyüməkdədir. Keçmişə baxdığımızda bu bir həftə olub və bitərdi, amma bu səfər daha çox şəhərdə və daha çox sayda insanın iştirakı ilə olur.”
İranda etirazlar başlayandan hərkəsə aydın idi ki, bunun uğur qazanmasının şərtlərindən birisi etirazların davamlı və dayanıqlı olmasıdır. Ona görə də, içəridə biraz ara düşəndə xaricdə böyük etirazlar ilə içəriyə də sanki yeni bir enerji verilmiş olur.
Müxtəlif ölkələrdə yaşayan iranlı mühacirlər keçən həftələrdə ABŞ, Kanada, Almaniya, Türkiyə, İsveç və İngiltərə daxil olmaqla bir çox ölkədə İrandakı etirazçılara dəstək mitinqləri keçiriblər. Oktyabrın 22-də Almaniyanın Berlin şəhərində təşkil olunan mitinqə onlar min nəfər qatılıb. Berlin mitinqi PS752 Uçuş Qurbanlarının Ailələri Cəmiyyətinin sözçüsü Hamid İsmailiyunun çağırışı ilə təşkil olunub. İsmailiyun İranın 2020-ci ildə Tehran üzərində vurduğu Ukraynanın sərnişin təyyarəsində həyat yoldaşı və qızını itirib.
Berlin mitinqinə qatılan Duman Radmehrin dediklərinə görə, “mitinqdə İranda olduğu kimi demək olar ki, hərkəs qatılmışdı. Qadın, kişi və qeyri-fars millətlərdən tutun sol təşkilatlara qədər. Hətta xaricdə böyüyən yəni, İranı heç görməyən iranlılar, habelə qadın məsələsi olduğu üçün Avropa ölkələrinin öz qadın təşkilatları və sivil toplum təşkilatlarının iştirakı ilə bu qədər izdihamlı və qalabalıq bir mitinq gerçəkləşdi.”
Radmehr keçən təqribən bir ayda ölkə xaricində iranlı mühacirlərin təşkil etdiyi mitinqlərdə bir yetkinləşmə olduğunu önə çəkir:
SEE ALSO: Vahid Qarabağlı: İranda qadınlar məcburi hicabı şəxsiyyət və kimliklərinə qarşı bir basqı mexanizmi olaraq görürlər“Son bir ayda ki, bu etirazlar davam edir, bir yetkinləşmə var. Yəni, hərkəs bunun fərqindədir ki daha qucaqlayıcı və daha qapsamlı mitinqlər təşkil olunmalıdır ki, hərkəs özünü orada görsün. Mən Berlində ciddi bir toqquşma, dava, basqı və ya susdurma cəhdi görmədim. Bunun bir səbəbi bu idi ki, çağırış Hamid İsmailiyun tərəfindən idi. O, özünü indiyə qədər neytral mövqedə göstərib. Əlbəttə bu ki, bundan sonra da belə davam edəcək, mən bunu arxayınca deyə bilmirəm.”
bu dəfə Güney Azərbaycan bayrağı ya bəziləri üçün Güney Azərbaycan Milli Hərəkatının bayrağı ilə iştirak olundu. Buna görə, daha gözə çarpan və bir güc göstərisi şəklində oldu. Oradakı insanların diqqətini cəlb etdi.
İran İslam Respublikasının media orqanlarında Berlin mitinqinə qatılanlar və Almaniya dövlətinə qarşı sərt ifadələr dərc edilib. İslam İnqilabı Qvardiyasına (Sepah) bağlı Javan qəzeti Berlin mitinqini Almaniya dövlətinin İranın daxili işlərinə müdaxiləsi kimi dəyərləndirib. Qəzetdə bunun İran tərəfindən cavabsız qalmayacağı və Almanlar üçün baha başa gələcəyi qeyd edilib.
Javan qəzeti 24 oktyabr sayında yazıb, “mitinqdə bir tərəfdə Sionist rejimin bayrağı qaldırılmışdı, digər tərəfdə kürd bölücülərin bayrağı, digər bir tərəfdə isə pan-Türkist bölücülərin bayrağı. İran adına İranı parçalamaq istəyirlər.”
SEE ALSO: Türkan Bozqurt: İran artıq etirazlardan öncəki İran olmayacaqDuman Radmehr deyir, “birinci dəfə idi ki, bu genişlikdə bir mitinq keçirilirdi və qeyri-fars millətlərin bu genişlikdə öz bayraqları ilə iştirakı var idi. Bir nümunədir bu. Bundan əvvəlki mitinqlərdə qarşıdurma yaranırdı, özəlliklə kürdlər və səltənət-tələblər (monarxistlər) arasında. Bu dəfə olmadı. Amma, bu o demək deyil ki, bundan sonra da belə davam edəcək.”
O, Azərbaycan Milli Hərəkatına mənsub qüvvələrin geniş şəkildə Berlin mitinqinə qatıldığını önə çəkərək əlavə edir ki, “bu dəfə Güney Azərbaycan bayrağı ya bəziləri üçün Güney Azərbaycan Milli Hərəkatının bayrağı ilə iştirak olundu. Buna görə, daha gözə çarpan və bir güc göstərisi şəklində oldu. Oradakı insanların diqqətini cəlb etdi.”