Sosiloq Sevil Süleymani Amerikanın Səsi ilə söhbətdə həftələrdir İranda davam etməkdə olan geniş etirazlar haqqında danışıb. O, Ərdəbil kimi şəhərlərdə məktəbli uşaqların bu etirazlara qatılmasının səbəblərini şərh edib.
Your browser doesn’t support HTML5
Süleymaninin sözlərinə görə, “İranda gedən etirazlar illərlə qadınlara olmuş basqılara üsyandır. Bu hərəkət Məhsa Əmininin o acınacaqlı vəziyyətdə ölümünə, məcburi hicaba müqavimət göstərməsindən sonra başının bir yerə çırpılıb öldürülməsinə, 40 ildir insanlara qarşı tətbiq edilən basqılara, qadının bədəninə olan o basqıya və qadının zorla örtülməsinə qarşı bir üsyandır. Yəni, hicaba qarşı deyil, bir qadının zorla örtülməsinə qarşıdır.”
Bu uşaqlar İran hakimiyyətinin ideologiyası və basqısı altında böyümüş uşaqlardır. Yəni, bu uşaqları siyasi oyunlara və ictimai etirazlara çəkən elə hakimiyyətin özüdür.
Keçən həftə Ərdəbildə Şahid qız liseyinin bir tələbəsinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsi xəbəri şəhər meydanlarda günlərlə davam edən etirazlara yol açdı. Ərdəbildə baş qaldıran aksiyalarla əlaqədar çox sayda gənc qadın və yeniyetmə daxil olmaqla onlarla etirazçı nəzarət altına alınıb.
SEE ALSO: Türkan Bozqurt: İran artıq etirazlardan öncəki İran olmayacaqSevil Süleymani deyir ki, “təbiidir hər bölgənin özündə olan o fərqli xarakter və oradakı fərqli basqılara görə üsyanlar baş verir. Ərdəbildə gedən etirazlar hətta digərlərindən daha qabarıq idi. Çünki, Ərdəbil Səfəvidən bəri hər zaman şiəçiliyin mərkəzi olub. Onun üçün hər yerdə ki, o qaba din daha güclüdür, qadına basqı da daha çoxdur. Bir də, vətəndaş cəmiyyətləri heç bir zaman Ərdəbildə yerini tuta bilməyib. Bunların hamısını bir yerə qoyanda qadınların və maraqlıdır ki, yeniyetmələrin içində bu üsyanların başlaması çox nəzərə çarpandır.”
SEE ALSO: Ərdəbildə yeniyetmə qızın öldürülməsinə etirazlar davam edirSosiloq İslam Respublikasının uşaqları ideoloji təsir altına salmaq cəhdlərinin əks nəticə verdiyini söyləyir.
Məsələ sadəcə hicab deyil ki! Hicab bir simvol olaraq 40 ildir bu hakimiyyət tərəfindən qoyulan bütün basqıların simgəsidir.
“Ərdəbildə məktəbli uşaqları Salam Fərmandeh (Salam Komandir - İranın müxtəlif bölgələrində çox sayda məktəbli uşağın müşayiəti ilə ifa edilən dini və hərbi mahnı) surudunu oxumağa aparıblar. Bu uşaqlar İran hakimiyyətinin ideologiyası və basqısı altında böyümüş uşaqlardır. Yəni, bu uşaqları siyasi oyunlara və ictimai etirazlara çəkən elə hakimiyyətin özüdür. Etirazlar belə başlayır ki, hakimiyyət tərəfindən göstəriş verilir ki, "məktəb qızlarını yığın, gedirik, onlar şəhərin əsas meydanı Alaqapı meydanında hakimiyyətə dəstək şüarları səsləndirəcəklər. Qızlar buna müqavimət edirlər. Başlayırlar hakimiyyətin əleyhinə [şüarlar oxumağa].”
Qadın və gender məsələləri üzrə tədqiqatçı əlavə edir ki, “məsələ sadəcə hicab deyil ki! Qərbdə belə çox adam təəccüb edir və sual verir ki, bir hicab məsələsi bu qədər önəmlidirmi? Hicab bir simvol olaraq 40 ildir bu hakimiyyət tərəfindən qoyulan bütün basqıların simgəsidir. Bu hakimiyyət hər nə istəyirsə ki, millətə zorla etdirsin, bu, bir simvol olaraq hicab məsələsində, qadın məsələsində ortaya çıxır.”