Oktyabrın 11-də Avropa İttifaqına üzv ölkələrin səfirləri Brüsseldə Ermənistana mülki missiyanın göndərilməsi qərarını müzakirə edib. Missiya sərhədin delimitasiyası üzrə işlərə kömək etmək üçün Azərbaycanla sərhəddə yerləşdirilməlidir.
Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Avropa Parlamentinin Müdafiə Komitəsində çıxışı zamanı bildirib.
Missiyanın göndərilməsi barədə qərar Siyasət və Təhlükəsizlik Komissiyasında üzv dövlətlər (Avropa İttifaqı) tərəfindən təqdir edilməlidir.
"Vəziyyət çox təhlükəli olaraq qalır və Avropa İttifaqı inam tədbirlərinin möhkəmləndirilməsi və ədalətli sülh üçün Ermənistanla Azərbaycana kömək etməlidir," o qeyd edib.
Oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü keçirilib.
Görüşdə Ermənistanın Azərbaycanla sərhədinə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verilib.