Accessibility links

ABŞ Dövlət Departamenti Avropa liderlərinin Azərbaycan və Ermənistanı birbaşa dialoq üçün yaxınlaşdırmasını yüksək qiymətləndirir


"Biz Avropa İttifaqının prezidenti Şarl Mişel və Fransa prezidenti Emanuel Makronun, habelə digər Avropa liderlərinin Azərbaycan və Ermənistanı birbaşa dialoq üçün yaxınlaşdırmaq məqsədilə etdiklərini yüksək qiymətləndiririk."

Bu barədə oktyabrın 7-də Dövlət Departamentinin nümayəndəsi Turan agentliynin Vaşinqtondakı müxbirinin Avropa Siyasi Şurası çərçivəsində Praqada keçirilən görüşlərin yekunları ilə bağlı sualının cavabında deyib.

“ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir,” Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Öz növbəsində, Dövlət Departamentinin rəsmi nümayəndəsinin köməkçisi Vedant Patel oktyabrın 7-də ənənəvi brifinqdə bildirib ki, Vaşinqton prezident Makronun və Avropa Şurasının sədri Mişelin hərtərəfli sülh prosesinə təkan verilməsi üzrə səylərini "alqışlayır".

"Biz regionda Avropa İttifaqı müşahidəçilər missiyasının irəliləyişindən xüsusilə məmnunuq və bu missiya Ermənistan və Azərbaycan arasında etimadın möhkəmləndirilməsi üçün potensiala malikdir," Patel Turan-ın müxbirinin sualına cavabda bildirib.

Birləşmiş Ştatlar Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə səylərini də dəstəkləyir, bu, regionda sabitliyə şərait yaradacaq.

"Praqada Ermənistanın baş naziri Paşinyan və Türkiyə prezidenti Erdoğan arasında tarixi görüş əlamətdar hadisə olub", deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.

XS
SM
MD
LG