İranın telekommunikasiya şirkətinin təqaüdçüləri İran Azərbaycanı və ölkənin digər bölgələrində piket keçirib. İyulun 12-də təqribən 15 şəhərdə piketlərin təşkil olunduğu bildirilir.
Əmək hüquqlarını müdafiə qruplarının yaydığı məlumata görə, iyul ayının 12-də Tehran, Təbriz, Urmiyə, Həmədan və Qəzvin kimi şəhərlərdə aksiya keçirən təqaüdçülər məişət şəraitinə etiraz bildiriblər.
Sosial şəbəkələrdə yayılan görüntülərdə, Urmiyədəki piketə qatılan təqaüdçülərin əlində üzərlərində "süfrəmiz boşdur, vədlər bəsdir!", "utan telekommunikasiya şirkəti! Ədalət budurmu?" və "biz rifah layihəsinin tətbiq edilməsini istəyirik" kimi şüarların yazıldığı plakatlar görünür.
İyulun 12-də Təbriz Petrokimya şirkətinin işçiləri də piket keçirib. Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin məlumatına görə, petrokimya işçilər maaşların bərabərləşdirilməsi layihəsinin tam tətbiq edilməməsinə etiraz edirlər.
SEE ALSO: Şərqi Azərbaycanda mədən işçilərinin etirazı davam edirKeçən günlərdə Şərqi Azərbaycan vilayətində yerləşən Süngün mis mədəni kompleksində aksiya keçirən işçilər polis zorakılığına məruz qalıblar. İyul ayının 5-də başladılıb və azı 5 gün davam edən aksiyalarda təqribən 7 işçi nəzarət altına alınıb.