Son illərdə İran Azərbaycanı və Tehranda uşaqlar və iş yerlərinə türk adlarının verilməsini əngəlləyən yasaqlar və məhdudiyyətlərə qarşı mücadilə edənlərin sayı kəskin şəkildə artıb.
Your browser doesn’t support HTML5
Sosioloq Sevil Süleymani Amerikanın Səsi ilə söhbətdə deyir ki, İran millətçiliyində xüsusilə türk və ərəb kimliyi "qeyri-irani" olaraq təriflənir. Bu səbəblə hakimiyyət bu kimliklərə mənsub göstəriciləri silib yox etmək istəyir.
İran milliyyətçiliyində iki dənə qeyr (özgə) tərifi var. Biri ərəb, biri də türk kimliyi. O üzdən də türk adı və türk kimliyini qeyr görür və bunları İranın içində silməyi hədəfləyir.
"İran milliyyətçiliyində iki dənə qeyr (özgə) tərifi var. Biri ərəb, biri də türk kimliyi. O üzdən də türk adı və türk kimliyini qeyr görür və bunları İranın içində silməyi hədəfləyir. Orada böyük və sərt bir assimilyasiya aparmaqdadır. Bu yöndə yerlərin, şəhərlərin adlarını dəyişdirir. Çayların, dağların, hər nəyin adını farlaşdırıb və orada türk kimliyi əsasında olan adları tamamilə silib atır," Süleymani deyir.
Sosiloq hesab edir ki, İran hakimiyyəti türk və ərəb kimliyinin göstəricilərini yox etməyə çalışaraq yeni nəsilləri kimliklərindən uzaqlaşdırmağa çalışır:
SEE ALSO: Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib
"İran dövləti ərəb və türk kimliklərini tamamən qeyri-irani saydığı üçün bu yasaqları gətirir. O, adların yerinə fars adlarını gətirməklə zamanla [demək istəyir ki] siz heç vaxt türk olmayıbsınız, sizin kimliyiniz elə fars olub. Buna görə, məsələn gətirir yerlərin adlarını dəyişdirir. Arazbarı adını dəyişdirib edib Ərəsbaran. İndi ki, bundan 20-30 il keçib, artıq yeni nəslin içində Arazbarı deyən yoxdur. Çoxunun ağzına elə Ərəsbaran düşüb. Ya Savalan yerinə Səbəlan deyirlər."
Sevil Süleymani adları dəyişdirmə siyasətinin İranda yürüdülən kimlik inşası prosesində olduqca təsirli olduğunu vurğulayır.
20 il sonra deyir ki, bax sənin öz adın belə farscadır. Sənin türklərə heç bir aidiyyətin yoxdur. Ata-anan belə fars kimliyini sevdikləri üçün sənə farsca bir ad seçiblər.
"Bu adların dəyişdirilməsi dövlətin istədiyi o assimilyasiya prosesini çox əla şəkildə yerinə yetirir. 20 il sonra deyir ki, bax sənin öz adın belə farscadır. Sənin türklərə heç bir aidiyyətin yoxdur. Ata-anan belə fars kimliyini sevdikləri üçün sənə farsca bir ad seçiblər. Yəni fars kimliyini tamamilə içsəlləştirmə siyasətinin davamıdır," sosiloq ifadə edir.
Onun dediklərinə görə, dövlətin bu siyasətinə qarşı "yerli xalqların orijinal adların qaytarılmasını və qorunmasını istəməsi, habelə öz uşağına, mağazasına, iş yerinə və hər bir şeyinə türkcə ad verməsi böyük bir dirənişə çevirilib. Bu böyük bir ictimai hərəkatın, kimlik məsələsi ilə bağlı gedən hərəkatın bir hissədir."
Sevil Süleymani uşaqlarına türk adı ilə şəxsiyyət vəsiqəsi almağa çalışan ailələrin üzləşdiyi çətinliklərə diqqət çəkərək deyir ki, bir çox ailə bu əziyyətləri çəkməmək üçün övladlarına bəri başdan türkcə ad seçməkdən vaz keçirlər.
SEE ALSO: Vahid Qarabağlı: İran dövləti türk dilinin rəsmi qurumlara girməsinə icazə vermir
Onun sözlərinə görə, "təbii ki, bir çox ailədə o hal-hövsələ yoxdur ki, dövlətin qoyduğu bu qadağalarla mücadilə etsin]. Bəzən də qadağa olmur, amma əziyyətə keçir və ailələr davam edə bilmir. Yəni hey o idarədən getsin bu idarəyə, o adamı bu adamı görsün ki, bir dənə şəxsiyyət vəsiqəsi alsın. Bu əziyyətli proseslər üzündən bir çox ailə əlbəttə ki, vaz keçəcək. Dövlətin də hədəfi budur ki, vaz keçirsin. Bəziləri də heç şəxsiyyət vəsiqəsi almağa baş vurmadan vaz keçirlər. Yəni düşünür ki, mən türkcə bir ad seçsəm məcburam bu proseslərdən keçəm, elə orada vaz keçir."
Bu siyasətə dirənən ailələr bilir ki, dövlət bunun uşağının kimliyini ondan almaq istəyir. Bilir ki, kimliyinin ondan alınmasının başlanğıcı elə bu addır.
İran dövlətinin türk adlarına qarşı qadağalar və məhdudiyyətlər tətbiq etməsinin səbəbini Sevil Süleymaninin fikrincə, bu qadağalara müqavimət göstərən ailələr yaxşı başa düşürlər:
"Buna dirənənlər açıq-aydın bilir ki, dövlət niyə bu işi görür. Bilir ki, dövlət bunun uşağının kimliyini ondan almaq istəyir. Bilir ki, kimliyinin ondan alınmasının başlanğıcı elə bu addır. Yəni, bu gün bir türk olaraq türkcə bir ad seçə bilmirsə, assimilyasiyanı qəbul etmiş olur. Bunu qəbul etməmək üçün bir dirənişə başlayırlar və əllərindən gələni edirlər."
İranda dəyişdirilmiş adlara qarşı etirazlar, habelə övladlarına şəxsiyyət vəsiqəsi almağa çalışan ailələrin mücadiləsinə dair xəbərlər İran Azərbaycanı başda olmaqla ən çox türk icmasının yaşadığı bölgələrdən gəlir.
Sevil Süleymani deyir ki, türklərdə dil məsələsinin önəmi türkcənin onların kimliyindəki rolu ilə bağlıdır.
SEE ALSO: Sevil Süleymani: #Manofarsi kampaniyası İranda qeyri-farslara ortaq dərdlərini anlatmaq üçün bir imkan yaratdı
"Türklərdə dil məsələsinin önəmi türkcənin onların kimliyindəki roluna qayıdır. Məncə türkcə türklərin kimliyində açardır. Əsas kimlikləri dilin üstündə durur. Bizdə assimilyasiya nə zaman başlayır? O zaman ki adını və dilini itirirsən. Dilini itirdiyin zaman artıq yoxsan. İranda böyük bir kəsim var ki, deyir anam türkdür, atam türkdür amma uşaq özünü tamamən fars görür. Çünki, İranda bir türk öz dilindən və adından vaz keçdiyi zaman fars icmasına qəbul olunur. Özünü fars olaraq qəbul edir və ömürlük bu şəkildə həyata davam edir. Artıq türklərdən ayrılır. Bu, digər etnik icmalarda biraz fərqlidir. Onların mücadiləsi bəzən başqa formalar da götürür. Məsələn bəluçların sünni olmaları onları assimilyasiyadan qoruyur. Amma türklərdə qeyri-şiələrin sayının az olması və özlərini İran kimliyinin bir hissəsi gördükləri üçün dili itirdikləri zaman tamamən əriyib İran kimliyinə keçirlər. Buna görə də, dil məsələsində həm türklər tərəfindən daha çox dirəniş var, həm də hakimiyyət tərəfindən basqı daha çoxdur," o əlavə edir.