“İranda edam hökmü ekstensiv, anlaşılmaz və özbaşına əsaslarla verilir. Bu, edam cəzasının tez bir zamanda bir siyasi vasitəyə çevrilməsinə səbəb ola bilər.”
Bu sözləri BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman bazar ertəsi günü illik hesabatını BMT-nin Baş Məclisinə təqdim edərkən dilə gətirib.
BMT eksperti əlavə edib ki, “İran ədliyyə sisteminin qüsurları o qədər dərin və hüququn aliliyi anlayışı ilə ziddiyyət təşkil edir ki, bir ədliyyə sistemindən danışmaq mümkün deyil. Qanunda və ölüm cəzalarının tənzimlənməsində kök salmış çatışmazlıqlar göstərir ki, edamların hamısı olmasa da, əksəriyyəti insanları özbaşına şəkildə həyatdan məhrum edir.”
SEE ALSO: Urmiyədə 4 məhbus edam edilib2013-cü ildə qəbul edilən İranın İslami Cəza Qanunu beynəlxalq insan hüquqları qanunlarına zidd bir şəkildə çox geniş və çeşitli ittihamlarla əlaqədar edam cəzasını nəzərdə tutur.
Məruzəçi xüsusi olaraq, İranda “edam hökmü ilə nəticələnən və tez-tez siyasi müxalifət və ya siyasi etirazçılara qarşı istifadə edilən 3 anlaşılmaz ittihamı” tənqid edib; “allaha qarşı müharibə”, “yer üzündə fəsad törətmək” və “silahlı üsyan”.
Rəhman uşaqların da ölüm cəzasına məhkum olunmasından son dərəcə narahat olduğunu ifadə edib. O,deyib ki, “beynəlxalq qanunların qadağan etməsinə baxmayaraq, İran uşaqları ölüm cəzasına məhkum etməkdə davam edən çox azsaylı ölkələrdən biri olaraq qalır.”
SEE ALSO: Zəncanda 3 məhbus edam edilibUrmiyə, Ərdəbil, Təbriz və Zəncan başda olmaqla, İran Azərbaycanının bir çox şəhərində də hər il onlarla məhbusun edam hökmü icra edilir.
Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayıb.