Accessibility links

Zəncanda 2 məhbus edam edilib


Hüquq müdafiəçiləri bu günlərdə Zəncan şəhərində 2 məhbusun dar ağacından asıldığına dair məlumat yayıb.

Zəncanın mərkəzi həbsxanasında edam edilən Abid Xudaverdi və Ərşəd Cövdət, İran İnsan Haqları Təşkilatına (İran HR) istinadən, narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə edilmişdilər.

“Xudaverdi və Cövdət narkotik maddə daşımaq ittihamı ilə 4 il öncədən həbs edilmiş və ölüm cəzası almışdılar,” İran HR bildirib.

İnsan haqları qrupunun yaydığı məlumatına əsasən, keçən təqribən 9 ay ərzində İranda narkotik maddə qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş azı 74 nəfər edam edilib. Halbuki, 2020-ci ildə bu ittihamla əlaqədar 25 edam hökmü tətbiq edilmişdi.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlara mənsub müttəhimlərin ən çox edam riski altında olduğunu vurğulayır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG