AXCP fəalı işgəncəyə məruz qaldığını deyir
Your browser doesn’t support HTML5
Sentyabrın 23-də Bakı Apellyasiya Məhkəməsində Xəzər Rayon Məhkəməsinin
Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalı Zamin Salayevin (Əlizamin Salayev) vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı qərarından verilmiş şikayət üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Əlizamin Salayevin vəkili Elçin Sadıqov və hüquq müdafiəçisi Zəfər Əhmədovun sözlərinə görə, hazırda aclıq aksiyası keçirən AXCP fəalının səhhəti yaxşı deyil və o, işgəncələrə məruz qaldığını bildirib.
Növbəti məhkəmə iclası 6 oktyabr, saat 12:30-a təyin edilib.
Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin internetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.