Baş Prokurorluq hüquq müdafiəçisinə xəbərdarlıq edib

Oqtay Gülalıyev Baş Prokurorluğun binası qarşısında

"Baş Prokurorluq mənə xəbərdarlıq edib və mən buna görə məhkəməyə müraciət edəcəm."

Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 13-də Baş Prokurorluqda üç saatadək olduqdan sonra bu barədə bildirib.

Baş Prokurorluq

“Mənimlə baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş Prokurorluğun digər əməkdaşları görüşdü. Mənə bildirildi ki, işgəncələrlə bağlı yazılarımda vətəndaşları itaətsizliyə çağırış var və işgəncələrlə bağlı məlumatları yaymaqda davam etsəm mənə qarşı cinayət işi açacaqlar. Təəssüflər ki, işgəncə faktlarını ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq edirlər," hüquq müdafiəçisi qeyd edib.

SEE ALSO: Oqtay Gülalıyev: Reallıqda kifayət qədər insan həm işgəncəyə məruz qalır, həm də müəmmalı şəkildə dünyasını dəyişir

O xəbərdarlığı absurd adlandırıb və Baş Prokurorluğu işgəncə faktlarını araşdırmağa, insanları işgəncəyə məruz qoyan vəzifəli şəxslərlə bağlı ölçü götürməyi çağırıb.

Baş Prokurorluqda hüquq müdafiəçisindən müvafiq izahat alındıqdan sonra o azad buraxılıb.

SEE ALSO: Repressiya və İşgəncələr Əleyhinə Komitə yaradılır

"Mən xəbərdarlıqda və izahatımda yazdım ki, Baş Prokurorluğun bu addımı mənim işgəncə faktlarını ictimailəşdirdiyimə görədir və əsassızdır. Rəsmi şəkildə yazdım ki, Baş Prokurorluğu ölkədə baş verən işgəncə faktlarını araşdrımağa çağırıram. Mən bundan öncə də açıq məktubla baş prokurora müraciət edərək işgəncə faktlarını araşdırçmağa çağırmışam. Baş Prokurorluq isə mənim açıq məktubumda məhkəmə hökmləri və digər sənədlərə əsaslanaraq əks olunan işgəncə faktlarını araşdırmaq əvəzinə xəbərarlıq etməklə məni susdurmağa çalışır. Mən bundan sonra da işgəncə faktlarının araşdırlması ilə bağlı fəsaliyyətimi davam etdirəcəm," hüquq müdafiəçisi Amerikanın Səsinə bildirib.

SEE ALSO: Hüquq müdafiəçisi: “Ağır işgəncələr, total həbslər və qətlə yetirilmə ilə müşayiət olunan hadisələr baş verir”

Təəssüflər ki, işgəncə faktlarını ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq edirlər.

Təəssüflər ki, işgəncə faktlarını ictimailəşdirdiyimə görə insanlara işgəncə verən şəxslərin əməllərini araşdırmaq əvəzinə mənə xəbərdarlıq edirlər.
Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Baş Prokurorluğun bu gün hüquq müdafiəçisin ilə bağlı yaydığı xəbərdarlıqda deyilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla özünü hüquq müdafiəçisi adlandıran Oqtay Gülalıyevin "Facebook" sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə həqiqəti əks etdirməyən məlumatları yaymaqla ölkədə bərqərar olunmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn, eləcə də cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlərin üzərinə kölgə salmağa xidmət edən hərəkətlərə yol verməsi müəyyən edilib.

SEE ALSO: Hüquq müdafiəçiləri işgəncələrlə bağlı dinləmələr keçirib

“Qeyd edilənlərlə əlaqədar Oqtay Gülalıyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında" qanunun tələblərinə müvafiq olaraq aidiyyəti dövlət orqanları ilə dəqiqləşdirmə aparmadan, real faktlara əsaslanmayan və ictimai rəyi çaşdırmaq məqsədi güdən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib,” Baş Prokurorluğun xəbərdarlığında deyilir.

SEE ALSO: Hüquq müdafiəçisi Daxili İşlər Nazirliyinə dəvət edilib

Hüquq müdafiəçisi məhkəmə hökmlərinə istinad edərək “Tərtət işi”, “Gəncə işi”, “Eurovision məhbusları”, “Nardaran işi” kimi tanınan hadisələrlə bağlı həbs edilənlərə işgəncə faktalrına və öldürülmüş insanlarla bağlı günahkar şəxslərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir. Hüquq müdafiəçisi həmçinin Baş prokuror yanında Korrupsiaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Emin Hüseynovun ölüm faktının araşdırılmadığını bildirir.

Oqtay Güalıyev həmçinin bir neçə gün öncə Repressiya və İşgəncələr Əleyhinə Komitənin yaradılması üçün təşkilat komitəsinin yaradıldığını bəyan edib.

Rəsmi Bakı ölkədə bütün fundamental hüquların tam bərpa edildiyini, bütün insanların qanun qarşısında bərabər olduğunu bildirir.

Bir qayda olaraq hüquq-mühafizə orqanlarının rəhbərləri işgəncə və repressiya halları ilə bağlı yayılan məlumatları təkzib edir və qərəzli sayır. İnsanların qətlə yetirilməsi ilə bağlı məlumatlara gəlincə, həmin şəxslərin qanuni tələbə tabe olmayaraq silahlı müqavimət gösytərdiyi zaman öldürüldüyü bildirilir.

Eyni zamanda, Baş Prokuroluğun mətbuat xidməti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Emin Hüseynovun ölümü ilə bağlı araşdırılma aparılması barədə məlumat yayıb.

"Tərtər işi"

2017-ci il mayın 7-də Azərbaycanın Baş Prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə və Daxili İşlər Nazirliklərinin birgə yaydığı bəyanatda deyilir ki, Ermənistanın xüsusi xidmət orqanlarına casusluqda günahlandırılan bir qrup hərbiçi və mülki şəxs tutulub. Tutulanlar dövlətə xəyanətdə günahlandırılır.

SEE ALSO: Dövlətə xəyanətdə günahlandırılan hərbçilərin valideynləri aksiya keçirib

“Gəncə işi”

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

SEE ALSO: Gəncə hadisələri ilə bağlı həbs edilənlərin yaxınları işgəncə faktlarının araşdırılmasını tələb edir

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb. Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri - İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Bu hadisələrlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər (rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər).

Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia edib.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb.

Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilirdi ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.

Prokurorluğ bildirib ki, Gəncədə iyulun 10-da baş verən hadisələr və iki polisin öldürülməsi ilə bağlı isə 59 şəxslə bağlı həbs qətimkan tədbiri seçilib.

“Nardaran işi”

2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər öldürülüb.

SEE ALSO: İşgəncələrlə bağlı deyilənlər və Penitensiar Xidmətin təkzibi

Ümumilkdə Nardaran hadisələrinə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il yarımadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Abbas Hüseyn birinci qrupda “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildirib. Onlar ittihamları qəbul etməyib.

“Eurovision məhbusları”

2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda silsilə terror aktları həyata keçirməyi planlaşdırmaqda və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfər həbsdədir. 2013-cü il noyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların 3 nəfəri ömürlük, digərləri isə 9 ildən 15 ilədək azadlıqdan məhrum edilib.

SEE ALSO: Terrorçu dəstənin 29 üzvünə hökm oxunub

İttihama görə, beynəlxalq radikal terrorçu şəbəkənin Azərbaycanda terror aksiyalarının törədilməsi üçün regionda fəaliyyət göstərən Vüqar Padarovla (Azərbaycanda hüquq-mühafizə orqanlarına silahlı müqavimət zamanı öldürülüb) eyni səlahiyyət verilərək "əmir" təyin edilən "Əbu Ubeyd" ləqəbli Samir Saniyev cinayətkar şəbəkə yaradaraq "Eurovision 2012" ərəfəsində Bakıda və regionlarda terror həyata keçirməyi planlaşdırıblar.

Hüquq-mühafizə orqanlarının məlumatlarına görə, ölkənin müxtəlif bölgələrində silahlı qarşıdurma zamanı terroru planlaşdıran dəstənin bir neçə üzvü öldülüb. Atışma zamanı həmçinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçisi polkovnik-leytenant Elşad Quliyev ölüb, hüquq mühafizə orqanlarının ondan çox əməkdaşı yaralanıb.

Bununla yanaşı, həbsdə olan şəxslər məhkəmələrdə ittihamları qəbul etməyib. Onların yaxınları işgəncələrə məruz qaldıqlarını bildirib.