Accessibility links

İranın xarici işlər naziri nüvə danışıqlarında mühüm inkişafı qeyd edib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda mühüm inkişafın olduğunu, lakin hələlik İran və dünya qüdrətləri arasında razılığın əldə edilmədiyini bildirib.

Zərif İsveçrədə Lozanna şəhərində keçirilən danışıqlarda fasilə zamanı danıışıb. İran və dünya qüdrətləri çərşənbə axşamı qoyulmuş son möhlətdən sonra iki gündür danışıqları davam etdirir.

Bu gün CAvad Zərif və ABŞ Dövlət katibi Con Kerri bir neçə saat ərzində görüşüb. İran və beynəlxalq nümayəndə heyətlərinin nümayəndələri arasında da görüşlər keçirilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Meri Harf tərəflərin inkişafa nail olduğunu, lakin hələlik siyasi anlaşmanın əldə edildiyini bildirib.

İran və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Amaniyanın daxil olduğu qrup çərçivə razılığını əldə etsə, o zaman tərəflər iyunun 30-u son möhlətə qədər yekun razılaşması üzərində iş aparacaq.

XS
SM
MD
LG