Iranın nüvə proqramının qarşısının alınmasına dair danışıqlar çərşənbə axşamı son mərhələyə daxil olub. Tərəflər özləri üçün bu gününün sonunadək son möhlət tətbiq ediblər. İran və dünyanın altı ölkəsindən olan qruplar 18 aydır sürən danışıqlardan sonra hərtərəfli razılaşma əldə etməyə çalışır.
İsveçrənin Lozanna şəhərində rəsmilər sazişin hansı müddət üçün nəzərdə tutulması, İrana qarşı sanksiyaların nə zaman qaldırılacağı və İranın sazişin şərtlərini pozduğu təqdirdə nələrin baş verəcəyi kimi məsələlər ətrafında fikir ayrılıqlarının aradan qaldırılması üçün ediləcək işlərlə bağlı ümid və ehtiyat kimi qarışıq hisslər ifadə ediblər.
ABŞ Dövlət katibi Con Kerri deyib ki, “bəzi çətin məsələlər” hələ də həll edilməyib, ancaq İranın danışıqlarda baş müzakirəçisi Abbas Araqçı razılaşmanın çərşənbə axşamı və ya çərşənbə gününədək əldə olunacağını bildirib.
İran habelə Britaniya, Çin, Fransa, Rusiya, ABŞ və Almaniyadan ibarət qrup 2013-cü ilin noyabr ayında müvəqqəti nüvə saizişinə dair razılaşdıqdan sonra son möhlət tarixini bir neçə dəfə dəyişib.