Accessibility links

Kerri nüvə danışıqlarını davam etdirmək üçün daha bir gün İsveçrədə qalır


ABŞ Dövlət katibi Con Kerri İranın nüvə proqramına dair danışıqların davam etdirilməsi məqsədilə daha bir gün İsveçrədə qalır.

Dövlət katibinin sözçüsü Meri Harf bildirib ki, Lozannada inkişaf olsa da, siyasi anlaşma əldə edilməyib.

İran və dünyanın altı qüdrətli dövlətinin nümayəndəsi sanksiyaların məhdudlaşdırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan çərçivə sazişini əldə etmək məqsədilə çərşənbə gününü danışıqlar keçirib.

Tərəflər özləri tərəfindən çərşənbə axşamı gününə qədər qoyulan son möhlətə qədər razılıq əldə edə bilməyib.

İranın baş müzakirəçisi Abbas Araqçı dövlət televiziyasına bildirib ki, onun başçılıq etdiyi nümayəndə heyəti razılaşmadan öncə ölkəsinə qarşı bütün beynəlxalq sanksiyaların qaldırılacağına əmin olmaq istəyir. Müzakilərdə daha bir mürəkkəb məqam İranın nüvə sahəsində gələcək tədqiqatları ilə bağlıdır.

Çin razılığın əldə olunması üçün tərəfləri güzəştə getməyə çağırıb.

Tərəflər çərçivə razılığını əldə edə bilsə, iyunun 30-u son möhlətə qədər yekun razılaşmasının detallarını müzakirə etmək üçün intensiv iş aparacaq.

XS
SM
MD
LG