Accessibility links

Zaqatalada yolu bağlayıblar


Zaqatalada etiraz
Zaqatalada etiraz

Sakinlər zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətdən narazılıq bildirib

Fevralın 21-də Zaqatala rayonunun Lahıç kəndinin bir qrup sakini Balakən-Bakı avtomobil yolunu bağlayıb.

Etiraz aksiyasının 50 iştirakçısı Fövqəladə Hallar Nazirliyinin 2012-ci ilin may və oktyabr aylarında baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətindən narazılıqlarını bildiriblər.

Ümumilikdə 200 evə ziyan dəyib, amma bu günə qədər cəmi 10-12 ev bərpa olunub, deyə kənd sakinlərindən biri bildirib.

Mənbənin məlumatına görə, evlərin bərpası üçün ayrılmış vəsaitin təyinatı üzrə sərf olunmaması və mənimsənilməsi insanları qəzəbləndirir.

Hadisə yerinə polis və icra hakimiyyəti nümayəndələri gəldikdən sonra insanlar dağılıb. Bundan sonra vətəndaşların şikayətlərinə yerində baxmaq üçün Fövqalədə Hallar Nazirliyinin komissiyası kəndə yola düşüb.

İcra başçısı Mübariz Əhmədzadə bildirib ki, yaxın günlərdə müvafiq komissiyalar Lahıc kəndindəki tikililərə də baxış keçirəcək.

Xatırladaq ki, Zaqatala-Balakən zonasında ziyan dəymiş evlərin sayı 1500-dən çoxdur. Onların bərpası üçün yüz milyonlarla vəsait ayrılıb, lakin evlərin əksəriyyəti indiyədək bərpa olunmayıb.
XS
SM
MD
LG