Oktyabrın 14-də Azərbaycanın şimal-qərbində Gürcüstanla sərhəddə 7 bal gücündə zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, Bakı vaxtı ilə saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ olub. Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7,0 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6,0 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5,0-3,0 bala qədər hiss olunmuşdur. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.
Bundan sonra regionda 5-4 bal gücündə dəfələrlə titrəyişlər olub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.
Turan agentliyinin müxbiri zəlzələ bölgəsindən bildirib ki, regionda zəlzələ nəticəsində hər 10 evdən 3-4-də dağıntı və çatlar var.
“Böyük miqyaslı uçqunlar olmasa da çoxsaylı evlərin dam örtüyü çöküb, çatlar əmələ gəlib. Qabaqçöl qəsəbəsi (beş kəndi birləşdirir), Talalar, Xalatala, Cebrovtala, Poştbinə kəndlərində yüzlərlə ev ziyan çəkib. Xalatala kəndində 2 nəfər xəsarət alıb. Bir nəfə isə ürək tutmasından dünyasını dəyişib”, - deyə zəlzələ bölgəsində olan müxbiri Amerikanın Səsi radiosuna bildirib.
Hazırda Fövqəladə Hallar Nazirliyi və yerli hakimiyyət orqanları əhaliyə çadırlar paylayır, zədələnmiş evlərin sayını müəyyənləşdirir.
Zəlzələ Balakən rayon mərkəzində də ziyanlara səbəb olub. “İnsanlar nə edəcəyini bilmir. Dünən gün ərzində bir neçə dəfə zəlzələ olub. Yer titrəyəndə evdən qaçmaqla canımızı qurtarırıq. Sığınacaq yaradılmayıb. Əhalinin nə edəcəyi barədə məlumat verilmir”, - deyə rayon sakinlərindən biri Amerikanın Səsi radiosuna bildirib.
Digər sakin isə deyib ki, çoxsaylı evlərdə çat əmələ gəldiyindən yerli hakimiyyət orqanları əhaliyə kömək etmək gücündə deyil. “Mənim evimdə, hamamımda çatlar yaranıb. Hələ ki, gəlib baxan olmayıb. Evimdə yaşamaq hər an təhlükədir, sığınacaq üçün isə yer yoxdur”, - deyə sakin Amerikanın Səsi radiosuna deyib.