Accessibility links

Oqtay Gülalıyev: İnsanlar çadırlarda yaşayır, soyuqdur, göydən yağış yağır (audio)


"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev
"Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev

“Kür” Vətəndaş Cəmiyyəti Zaqatala-Balakən zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlərin monitorinqini aparıb

“Kür Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri son iki gündə Azərbaycanın Zaqatala-Balakən bölgəsində bu il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan işlərlə tanış olub. Zəlzələ nəticəsində minlərlə tikili qəzalı vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, zəlzələnin nəticələri qışadək aradan qaldırılacaq. Sentyabrın 15-dək isə bölgədəki məktəblərin əksəriyyəti şagirdlərin istifadəsinə veriləcək.

Oqtay Güalıyevlə müsahibə
please wait

No media source currently available

0:00 0:05:03 0:00
Direct link

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev Amerikanın Səsi radiosuna müsahibəsində zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin zəif aparıldığını deyib. Onun sözlərinə görə, işlər başlasa da hələ görüləsi işlər qabaqdadır.

“Əsas problem havaların soyumasına, qışın düşməsinə baxmayaraq tikintilərin başa çatmamasıdır. İndiyədək cəmi 3 məktəbin tikintisi başa çatıb, çoxsaylı məktəblərdə isə tikinti işləri davam etdirilir”.

Vətəndaş Cəmiyyəti bölgədə aparılan işlərlə bağlı geniş monitorinq keçirib və hesabat hazırlayıb.

“İlkin rəyimiz belədir, nəzərdə tutulan işlər vaxtında yerinə yetirilməyib. Ərazidə böyük sosial-iqtisadi problemlər mövcuddur və problemlər həll olunmadan qalır. Çox böyük ehtimalla işlərin yubanmasında süründürməçilik, laqeydlik, səhlənkarlıq, ayrı seçkilik və korrupsiya amilləri böyük rol oynayır”.

Onun dediyinə görə, insanlar çox acınacaqlı durumla üzləşib.

“Qəzalı evlər sökülüb, təzə tikilən evlər istifadəyə verilməyib, insanlar çadırlarda yaşayır, soyuqdur, göydən yağış yağır”.

O.Gülalıyev hesab edir ki, evlər tezliklə təhvil verilməyəcək.

“Orada əlavə gücə və təcili tədbirlərə ehtiyac var. Bu çox çətindir. İnsanları qışın soyuğundan qorumaq üçün ya müəyyən yerlərə köçürmək lazımdır, ya da yeni evlər istifadəyə verilənədək müvəqqəti evlər quraşdırılmalıdır”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG