Yəmən əsgərləri intiharçının 96 əsgəri öldürməsindən və 200 nəfəri yaralamasından bir gün sonra hərbi parad keçiriblər. Əl-Qaidanın Yəməndəki qanadı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Yəmən prezidenti Abed Rəbbo Mansur Hadi gülləkeçirməz şüşə divar arxasından Sənada düzənlənən paradı seyr edib. Partlayışın ardınca daha kiçik miqyaslı parad hava qüvvələri akademiyasının həyətində keçirilib. Prezident ictimaiyyətə açıqlama verməyib.
Yəmən ordsunun rəhbrəi Əli əl-Aşval Əl-Qaidaya xəbərdarlıq edib ki, onlara qarşı müharibə davam edəcək.
Türkiyənin paradda iştirak edən səfiri Fazil Qorman paradın salamat keçməsindən məmnunluğunu ifadə edib, amma atmosferin kədərli olduğunu əlavə edib.