Accessibility links

Yəməndə baş verən partlayış 90 adamın həyatına son qoyub


Yəmən rəsmiləri deyir ki, intiharçının hərbi parad üçün toplaşan bir qrup əsgərin yanında həyata keçirdiyi bomba hücumu nəticəsində azı 90 nəfər həlak olub.

Rəsmilərin sözlərinə görə, paytaxt Sənada baş verən bugünkü hücum nəticəsində əlavə onlarla insan yaralanıb. Hücum zamanı məşqlərdə iştirak edən Yəmənin müdafiə naziri xəsarət almayıb.

Hücum baş verərkən əsgərlər Yəmənin şimalı ilə cənubunun birləşməsinə həsr edilən parada hazırlıq görürdülər.

Hücuma görə məsuliyyəti heç kəs öz üzərinə götürməyib. Yəmən Əl-Qaidənin Ərəbistan yarımadasındakı qoluna ev sahibliyi edir. Bu qanad terrorçu qrupun ən təhlükəli bölmələrindən sayılır.

Bundan başqa ölkədəki separatçılar da tez-tez ordunu hədəf alır.

XS
SM
MD
LG