Accessibility links

Yəməndə əsgərlərə hücum edilib


Yəmən hərbi rəsmiləri deyirlər ki, Əl-Qaida militantları ölkənin cənubunda qəfildən hücum edərək 20 əsgəri öldürüblər.

Adlarının açıqlanmasını istəməyən rəsmilər hücumun qaynar Abyan vilayətində baş verdiyini deyirlər.

Bu hücum dünən hənin ölkədə ABŞ hərbi qüvvələrinin yüksək rütbəli Əl-Qaida liderini hava zəbəsi ilə öldürməsindən bir gün sonraya təsadüf edir. Rəsmilər deyirlər ki, Fahd əl-Quso Şabva vilayətinin Rəfs şəhərində raketlə vurulub. Onunla bərabər başqa Əl-Qaida fəalı öldürülüb.

Yəmənin Vaşinqtondakı səflirliyi Qusonu “axtarış siyahısında olan terrorçu” adlandırıb. Ərəbistan Yarımadasındakı əl-Qaida Qusonun ölümünü təsdiq edib.

XS
SM
MD
LG