Accessibility links

Xədicə İsmayılovanın “Demokratiya üçün süpürək” kampaniyası


Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova barərsində karikaturası
Rəssam Gündüz Ağayevin Xədicə İsmayılova barərsində karikaturası

Məhkəmə jurnalistin 220 saat ictimai işlərə cəlb edilməsi qərarı verib

İyulun 11-də Binəqədi rayon icra şöbəsi araşdırmaçı-jurnalist Xədicə İsmayılovaya küçə süpürməyi rəva bilməyib. Jurnalist xeyli gözlədildikdən sonra onun üçün müvafiq iş axtarıldığı bildirilib.

Jurnalist yanvarın 26-da İsmayıllıda baş verən hadisələrlə bağlı keçirilən etiraz aksiyasında iştirak etdiyinə görə 400 manat cərimələnib. O, cəriməni ödəməkdən imtina edib. Bundan sonra iyunun 10-da Binəqədi Rayon Məhkəməsi X.İsmayılovanın cəriməsini 220 saat ictimai işə cəlb olunmaqla əvəz edib

“Mən məhkəmə qərarına uyğun olaraq Binəqədi rayon icra şöbəsinə getdim. Orada siyasi fəal Cəmil Hacıyevi işlə təmin etdilər. Lakin xeyli gözləyəndən sonra mənə yeni iş axtardıqlarını dedilər və azad buraxdılar”, - Amerikanın Səsinə bildirib.

O, məhkəmə qərarını “Demokratiya üçün süpürək, ölkəmizi pisliklərdən təmizləmək bizə düşər!” kampaniyası altında yerinə yetirəcəyini bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG