Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunun Təbrizdə həbs edilən elmi əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov azadlığa buraxılıb.
İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məlumatı təsdiqləyib və hər iki Azərbaycan vətəndaşının mayın 19-da azadlığa buraxıldığını bildirib.
Azərbaycan vətəndaşlarının həbsdən azad edilməsi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Tehrana səfəri zamanı İran Ali Dini lideri Əli Xamneyi ilə görüşündən sonra baş verib.
AMEA-nın Ədəbiyyat İnstitutunun elmi əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Azərbaycan vətəndaşlarının həbsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərindən bir gün sonraya təsadüf edir.
Azərbaycan Xarici İşlər Nazirliyi həbsdə olan vətəndaşlarla görüş üçün bir neçə dəfə İran tərəfinə nota təqdim edib. Lakin, Azərbaycanın Təbrizdəki konsulluğunun əməkdaşları ilə Xalidə Xalidin görüşünə imkan yaradılmayıb.