Accessibility links

İranda həbs edilmiş Azərbaycan vətəndaşları barədə son xəbərlər


Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar
Təbrizdə həbs edilən Xalidə Xalid və yerli fəallar

İran Azərbaycanın notasına cavab verib. Təbrizli fəallat girov müqabilində həbsdən azad edilib

Aprelin 30-da Təbrizdə azərbaycanlı ədib Xalidə Xalid ilə birlikdə həbs edilən yerli azərbaycanlı fəallar - İsa Qaraxanlı, Əmir Hadiyan və Fərhadi əmlak girovu müqabilində həbsdən azad edilib.

Oyannews saytının məlumatına görə, İrana qarşı təbliğatda ittiham olunan yuxarıda adları sadalanan şəxslər mayın 6-da azadlığa buraxılıb. Fərhadi İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiridir. Hadiyan Təbriz Azad Universitetinin tələbəsidir.

İran Xarici İşlər Nazirliyinin rəsmisi Ramin Mehmanpərəst bildirib ki, X.Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAAT-ın nəzarətində saxlanılır, onların işi araşdırılır.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri “qanundankənar və qeyri-adi hərəkətlər” törədən xarici vətəndaşları izləyir, onlara qarşı tədbirlər görür.

İran mayın 7-də Azərbaycanın notasına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, İran Azərbaycan vətəndaşları Xalidə Xalid və Şamxal Hüseynovun “qanunsuz fəaliyyətə cəhdlə əlaqədar” həbs olunduğunu bildirib. Cavabda qanunsuz fəaliyyət olaraq nələrin nəzərdə tutulduğu qeyd olunmayıb.

Mətbuat katibi Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun həbs edilmiş vətəndaşlara hüquqi yardım göstəriləcəyini söyləyib.

Azərbaycan vətəndaşının həbsi ilə bağlı İrana mayın 1-də və 6-da nota verib. Azərbaycan tərəfi saxlanılan şəxslərlə görüş istəyir.

Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da Təbrizdə həbs edilib.

Azərbaycan vətəndaşlarının həbsi Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərindən bir gün sonraya təsadüf edir.

2012-ci ildə Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun İrana səfərindən sonra da analoji həbs baş vermişdi. O zaman İran Azərbaycan vətəndaşı olan iki şairi Təbrizdə həbs etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG