Accessibility links

Şəhriyar Hacızadə: İttihamda yazıblar, İrana ona görə getmişik ki, Təbrizi bu ölkədən ayıraq [Audio]


Miss International Bea Rose Santiago of the Philippines waves on stage after being crowned Miss International Beauty Pageant 2013 in Tokyo, Japan.
Miss International Bea Rose Santiago of the Philippines waves on stage after being crowned Miss International Beauty Pageant 2013 in Tokyo, Japan.

“Şairi həbsə də atarlar, asarlar da, öldürərlər də, güllələyərlər də... Amma, həbsdə olanda azadlığın, işığın, hətta ayaqlarının dəyərini duyursan”, - Təbrizdə həbs edilmiş şair bildirib.

“Haray” Proqramının qonağı İranda sentyabrın 4-də həbsdən azad edilmiş şair Şəhriyar Hacızadədir.

Şəhriyar Hacızadə ilə müsahibə
please wait

No media source currently available

0:00 0:13:02 0:00
Direct link


Cənab Hacızadə bu il aprelin 29-da İrana şair dostu Fərid Hüseynlə poeziya festivalında iştirak etmək üçün rəsmi dəvətlə getdiyini bildirib. Poeziya festivalı Binap, Marağa və Təbriz şəhərində 3 gün davam edib. “Biz festival çərçivəsində Marağa rəsədxanasında olduq, hər üç şəhərdə tarixi yerləri gəzdik. Bütün işimiz ədəbi sferada oldu”.

Şair İran xarici işlər nazirinin müavinin Bakıda verdiyi “şairlər lazım olan yerdən başqa hər yerdə olub” bəyanatını təkzib edib. “Biz festival çərçivəsində lazım olan tarixi yerlərdə olmuşuq. Başqa heç yerdə olmamışıq. Orada da ittihamlar deyirdilər ki, guya strateji əhəmiyyətli yerlərin şəklini çəkmişik, hansısa terror təşkilatının üzvləriyik və harayasa məlumat ötürəcəkmişik. Bunlar, tam kökündən yanlış olan ittihamlardır. Orada da dəfələrlə dindirilmə zamanı bunları təkzib etmişik”.

Şairlər aprelin 29-da axşam saat 22 radələrində Təbrizə çatıb, sonra onları dəvət edən şəxslə birgə Binap şəhərinə gediblər, aprelin 30-da Marağada olublar, yenidən Binap şəhərinə qayıdıblar və mayın 1-də yenidən Təbrizə gələrək Bakıya bilet alıblar. “Biz mayın 2-də axşam 22.30-da Bakıya yola düşməli idik. Saat 22.15-də mağazaya su almaq üçün getdik və mağazanın qarşısında mülki geyimli məmurlar tərəfindən həbs olunduq, Fəridi ayrı və məni ayrı apardılar. Bizi qeyri-müəyyən bir yerə apardılar. Sonra bizi yola salmağa gələn iki Azərbaycandan Təbrizə müalicə üçün getmiş dostumuzu da gətirdilər. Onları sonradan azad buraxdılar. Həbsdə hər hansı fiziki təzyiqə məruz qalmadıq, lazım olan tibbi yardımla təmin edildik, dərmanlar verirdilər.
Bilirdik ki, bu davranışın arxasında Azərbaycan hökumətinin tələbləri durur”.

O müsahibə zamanı dəfələrlə Azərbaycan prezidentinə, xarici işlər nazirinə, Azərbaycan Yazıçılar İttifaqına, Qafqaz müsəlmanları İdarəsinin sədrinə, Təbrizdəki konsulluğun əməkdaşlarına təşəkkür bildirib.

Cənab Hacızadə İran tərəfinin onlara 24 saat ərzində Azərbaycanın İrandakı konsulluğunun əməkdaşları ilə görüş verməli olduğu halda, bu görüşün 86 gündən sonra baş tutduğunu deyib.

O günahsız olduqları üçün cəzalandırıldıqlarına görə əziyyət çəkdiklərini bildirib. “Hamı günahına görə cəzalandırılırsa, biz günahsız olduğumuza görə cəzalandırılmışdıq. Saxlanma şəraiti təmiz və qaydada idi”.

Cənab Hacızadə üzünü görə bilmədikləri müstəntiqlər tərəfində dindirildiyini deyib. “Dindirilmə zamanı fiziki təzyiqlərə məruz qalmamışıq. İttihamları o idi ki, guya biz İranda mədəni əlaqələr qurmaq istəmişik. Deyirdilər ki, İranda görüşlər üçün icazə kağızı almalı idik. Sonra yazıblar ki, guya biz hansısa orqanın işçisiyik, getmişik İranda narkotik alverinə. Amma, bizi yalnız icazə kağızına görə dindirirdilər. Məhkəmənin hökmündə isə icazə kağızı barədə heç nə yazılmayıb, tamamilə başqa ittihamlar yazılıb. Yazılıb ki, guya biz İrana ona görə getmişik ki, Təbrizi bu ölkədən ayıraq. Ustad Şəhriyarın oğlu ilə ona görə görüşmüşük ki, Təbrizi İrandan ayırmaq istəmişik. Guya, “Dünya Azərbaycanlıları” Konqresinin üzvüyük, onlar tərəfindən öyrədilmiş adamlarıq. Hamı da bilir ki, mən də, Fərid Hüseyn də müəllimik və yazı-pozu ilə məşğuluq. İttihamda həmçinin yazıblar ki, guya bizi universitet göndərib. Gedib orada bizi dəvət edən şəxsin evində qalıb müəyyən şüarlar yazıb mitinqlər eləməyə çalışmışıq. İttiham belə tamamlanır: “İran İslam Respublikasının əmin-amanlığının pozulmasına edilən cəhd. Bu ittihama görə isə 3 aydan bir ilədək həbs cəzası verilir. Bizi də məhkəmə 365 gün azadlıqdan məhrum etmişdi”.

Şair deyib ki, onlar azad ediləndə İranın ali dini rəhbəri tərəfindən əfv edildiklərini bildiriblər.

Şəhriyar Hacızadə həbsdə olarkən şerlər də yazıb. “Şairin həbsi normal bir hadisədir. Şairi həbsə də atarlar, asarlar da, öldürərlər də... Amma, həbsdə olan şair azadlığın, işığın hətta ayaqlarının dəyərini duyur”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG