Accessibility links

Azərbaycan parlamenti Xalidə Xalidin taleyindən narahatdır


Xalidə Xalid
Xalidə Xalid

Azərbaycan Milli Elmlər Akademiyasının elmi əməkdaşı İranda həbs olunub

Milli Məclis Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Xalidə Xalidin taleyindən narahatdır. O, bir neçə həftə əvvəl İranda naməlum səbəblərlə saxlanılıb. İran mətbuatı Xalidin “qanunsuz əməllərlə məşğul olduğunu” yazır.

Parlamentin sədri Oqtay Əsədov bildirib ki, İran parlamentinin spikeri Əli Laricaninin adına obyektiv araşdırmaya yardım etmək xahişi ilə müraciət hazırlanır.

Deputat Fazil Mustafa deyib ki, İran hakimiyyətinin Azərbaycan vətəndaşlarını həbs etməsi ilk dəfə deyil, onlara qarşı absurd ittihamlar irəli sürür, sonra isə sərbəst buraxır.

“Biz vətəndaşlarımızı daha fəal müdafiə etməliyik və beynəlxalq ictimaiyyətin diqqətini İran tərəfin mənfi hərəkətlərinə çəkməliyik. Xalidə Xalidin hüquqlarının müdafiəsi üçün bütün imkanlardan istifadə olunmalıdır”, deyə o bildirib.
XS
SM
MD
LG