Sant-Peterburq şəhərinin sabiq qubernatoru Valentina Matviyenko Rusiya parlamentinin yuxarı palatası-Rusiya Federasiyası Şurasının spikeri seçilib. Həmin vəzifəyə yeganə namizəd olan xanım Matviyenko 140 lehinə, bir əleyhinə səslə seçilib. O, baş nazir Vladimir Putinin Vahid Rusiya partiyası tərəfindən tənqidlərə məruz qalaraq, may ayında vəzifəsindən kənarlaşdırılan Sergey Mironovu əvəz edəcək. Yuxarı Palataya 10 il spikerlik edən Sergey Mironov Ədalətli Rusiya partiyasına başçılıq edir.
Xanım Matviyenko Rusiyada üçüncü ən yüksək vəzifəyə seçilən ilk qadındır.