Accessibility links

Rusiya ilə Ukrayna arasında təbii qaz mübahisəsi davam edir


Rusiya ilə Ukrayna arasında təbii qaz mübahisəsi davam edir
Rusiya ilə Ukrayna arasında təbii qaz mübahisəsi davam edir

Rusiya ilə Ukrayna aralarındakı təbii qazla bağlı beş il davam edən mübahisəni çözmək üçün danışqlar aparırlar. “Siz mövcud müqavilələri ləğv edə bilməzsiniz,” deyə, keçən həftənin cümə günü Rusiya prezidenti Dmitri Medvedev Ukraynaya xəbərdarlıq etmişdi.

Bundan əvvəl Ukrayna prezidenti qazı onun ölkəsindən yan keçərək ixrac etrməsi ilə bağlı Rusiyanı beynəlxalq məhkəməyə verəcəyi ilə hədələmişdi. Son hadisələr Rusiya təmayüllü siyasətçi sayılan Viktor Yanukoviçin prezident seçilməsindən sonra iki ölkə arasında yaxınlaşmaya dair söz-söhbətləri sual altına alır.

Ukrayna hökumətinin sözçüsü Oleq Voloşin Kiyevdə verdiyi müsahibədə deyib ki, Ukraynanı qəzəbləndirən Moskvanın təməlini qoyduğu gömrük birliyinə qəbul edilməməsidir. “Bir Rusiya ilə dost olmaq istəyirik, lakin biz Avropa İttifaqına da daxil olmaq istəyirik”-deyə, Voloşin bildirib

Keçən il Rusiya liderləri prezident Viktor Yanukoviçin Ukraynanın Rusiyanın, Belarusun və Qazaxıstanın üzvü olduğu birliyə daxil olmaq cəhdlərinə mane oldular. Rusiyanın Gazprom şirkəti Ukraynaya 8 milyard endirim təklif etdi. Lakin Ukrayna prezidenti bu təklifi təkrar-təkrar rədd etdi.

Ukrayna İctimai siyasət İnstitutunun direktoru Viktor Çumak son sorğuların nəticələrinin 70 faiz ukraynalının ölkəsinin Avropa İttifaqına daxil olmaq istədiyini göstərdiyini deyir. Çumak deyir ki, həm Ukrayna hökuməti və həm də müxalifəti bir məsələdə həmrəydir - Avropa İttifaqına daxil olmaq.

Avqust ayının 24-ü Ukraynanın müstəqillikyinin bayram edildiyi vaxt xalqa müraciəti zamanı prezident Yanukoviç qarşıdan gələn 10 il müddətində ölkəsinin Avropa Birliyinə daxil olması yolunda işlər görüləcəyini, dekabr ayında Avroa Birliyi ilə Ukrayna arasında bu məsələ ilə bağlı razılıq imzalnacağına ümid etdiyini dedi.

Bununla yanaşı Avropa ilə müzakirələr, Moskva ilə Ukrayna arasındakı 10 il müddətinə qaz müqaviləsi barədə danışıqlar getdikcə mürəkkəbləşir. Keçən həftənin çərşənbə axşamı Rusiyanın baş naziri Vladimir Putinin iştirakı ilə Baltik dənizindən keçərək, Almaniyaya 1 200 km-lik Şimal Xətti qaz kəmərinin açılışı oldu. Kəməri işə salarkən cənab Putin dedi ki, biz yavaş-yavaş olsa da tranzit dövlətlərin diktəsindən qurtarırıq.

Ölkəsinin nüfuzunun daha çox olduğunu düşünən Putin Gasprom razı olarsa, Ukraynaya da qaz qiymətlərində endirimlər edilə biləcəyini dedi. Bu isə Rusiyanın dövlət qaz şirkətinin Ukraynanın Naftogaz şirkətini almağa icazə verəcəyi təqdirdə ola bilər.

Kiyevdəki Dünya Siyasəti İnstitutunun direktoru Alyona Getmançuk bu birləşməni supermarketin kiosk almasına bənzədir. Getmançuk deyir ki, Rusiya müqavilələri dünya qaz və neft qiymətlərinə uyğun bağlayır. O, şirkətlərin istifadə etmədiyi qaza görə pul ödəməli olduğunu deyir.

Hazırda Yunnanıstan, Aimaniya və İtaliya şirkətləri neft və qaz qiymətləri arasındakı həlqəni qıraraq, rus qazının qiymətini dünya standartlarına endirmək istəyirlər. Söhbətin milyardlarla dollar puldan getdiyini nəzərə alsaq, növbəti qaz müharibəsinin başlayacağı ehtimalı böyükdür.

XS
SM
MD
LG