Rusiya Ukraynadan yan keçərək, Baltik dənizindən keçən boru xətti ilə Qərbi Avropaya qaz nəqlinə başlayıb. Bu gün Rusiyanın Viborq şəhərindəki açılış mərasimində baş nazir Vladimir Putin də iştirak edib. Nord Stream adlanan qaz kəməri şimal-qərbdə yerləşən Viborq şəhərindən Almaniyanın liman şəhəri Qrifsvold şəhərinə qədər uzanır.
Bu arada, Ukrayna iki ölkə arasındakı razılığı pozduğuna görə Rusiyanı məhkəməyə verəcəyi ilə hədələyir. Ukrayna rəsmiləri Rusiyanın Qazprom şirkətinə qaz idxalına görə milyardlarla dollar ödənildiyini bildirərək, şirkət barədə beynəlxalq arbitraja şikayət edəcəyini deyirlər.
.