Accessibility links

Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında tərəfdaşlığın 20 illiyi qeyd edilib


Kərim Vəliyev və Con Kevin Stitt (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)
Kərim Vəliyev və Con Kevin Stitt (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)

ABŞ-ın Oklahoma şəhərində Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında imzalanmış Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Oklahoma ştatı Qubernatorunun ofisi və Milli Qvardiyanın dəstəyi ilə reallaşıb.

Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası - 20 il (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)
Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası - 20 il (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)

Tədbirdə Oklahoma ştatının Qubernatoru Con Kevin Stitt, Milli Qvardiyanın komandanı Tomas Mançino, general-polkovnik Kərim Vəliyev və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim 20 il ərzindən həyata keçirilmiş tədbirlər, qarşılıqlı səfərlər, o cümlədən təhsil, enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıqdan danışıb və bu əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Azərbaycan Müdafiə Nazirliynin məlumatına görə, tədbirdə Oklahoma ştatının aparıcı şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində müxtəlif sahələrə, xüsusilə bərpa olunan enerji sahəsinə investisiya qoymağa dəvət edilib.

Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)
Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Ştatla Tərəfdaşlıq Proqramının 20 illiyi münasibətilə hazırlanmış lövhəni Oklahoma Qubernatoruna və Oklahoma Milli Qvardiyasının komandanına təqdim edib. Öz növbəsində, Qubernator 19 sentyabr tarixinin Azərbaycan Ordusu və Oklahoma Milli Qvardiyası arasında Ştatla Tərəfdaşlıq Proqramının imzalanma günü elan edilməsinə dair lövhəni Vəliyevə təqdim edib.

Tədbirin bədii hissəsində Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin solistləri çıxış edib.

Bundan əlavə müdafiə nazirinin birinci müavini Kərim Vəliyev həmçinin Oklahoma Milli Hava Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev “Will Rogers” aviasiya bazasında (Rəsmi foto, məndə Müdafiə nazirliyi)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev “Will Rogers” aviasiya bazasında (Rəsmi foto, məndə Müdafiə nazirliyi)

Müdafiə Nazirliyinin məlumatına görə, aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)
Azərbaycan Ordusu və Oklohoma Milli Qvardiyası (Rəsmi foto, mənbə Azərbaycanın ABŞ-dakı səfirliyi)

Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev “Will Rogers” aviasiya bazasında (Rəsmi foto, məndə Müdafiə nazirliyi)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev “Will Rogers” aviasiya bazasında (Rəsmi foto, məndə Müdafiə nazirliyi)

O, ABŞ-a səfəri çərçivəsində bundan öncə ABŞ Milli Qvardiya Bürosunun rəhbəri Daniel Hokanson, ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreyd, Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.

XS
SM
MD
LG