Accessibility links

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ Milli Qvardiya Bürosunun rəhbəri ilə görüşüb


Kərim Vəliyev, Xəzər İbrahim və Daniel Hokanson (Rəsmi foto, mənbə Azərbaycan Müdafiə Nazirliyi)
Kərim Vəliyev, Xəzər İbrahim və Daniel Hokanson (Rəsmi foto, mənbə Azərbaycan Müdafiə Nazirliyi)

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-a səfəri çərçivəsində ABŞ Milli Qvardiya Bürosunun rəhbəri Daniel Hokanson ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, tərəflər "Ştatla (Oklahoma) Tərəfdaşlıq Proqramı" çərçivəsində hərbi əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Bundan öncə, noyabrın 29-da Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreyd ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 28-dən ABŞ-da səfərdədir.

Səfər zamanı nümayəndə heyətinin "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərinin keçirilməsi planlaşdırılır. Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG