Accessibility links

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Oklahoma Milli Qvardiyası rəisi ilə görüşüb


Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Oklahoma Milli Qvardiyasının rəisi ilə görüşü (Rəsmi foto, mənbə Müdafiə nazirliyi)
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Oklahoma Milli Qvardiyasının rəisi ilə görüşü (Rəsmi foto, mənbə Müdafiə nazirliyi)

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev dekabrın 1-də Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, Kərim Vəliyev Azərbaycan Ordusunun hərbi qulluqçularının beynəlxalq sülhməramlı əməliyyatlarda üzərinə götürdüyü vəzifə və öhdəlikləri layiqincə yerinə yetirdiyini, Azərbaycanın Əfqanıstandan sülhməramlılarını çıxaran son tərəfdaş ölkələrdən biri olduğunu qeyd edib.

Mətbuat xidməti bildirir ki, tərəflər "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında keçirilən birgə tədbirlərə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Sonra nümayəndə heyəti Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi ABŞ-a səfəri çərçivəsində bundan öncə ABŞ Milli Qvardiya Bürosunun rəhbəri Daniel Hokanson və ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreyd ilə görüşüb.

XS
SM
MD
LG