Accessibility links

Gülüstan müqaviləsinin 200 ili: Rusiyanın imperiyaçılıq ideologiyası [Video]


Gülüstan müqaviləsinin 200 ili: Rusiyanın imperiyaçılıq ideologiyası
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Gülüstan müqaviləsinin 200 ili: Rusiyanın imperiyaçılıq ideologiyası

Gülüstan və Türkmənçay müqavilələri hələ də regionda böyük problemlərin səbəbi olaraq qalır. Müqavilələr hüquqi qüvvəsini itirsə də, Qafqaz, Xəzər, bölünmüş Azərbaycan problemi hələ də həllini tapmayıb

Azərbaycan Tarixçilər İctimai Birliyi Gülüstan müqaviləsinin 200 illiyinə həsr olunmuş elmi konfrans keçirib. Forumda əsas məruzə ilə Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Süleyman Əliyarlı çıxış edib.

Məruzədə Rusiya ilə İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələrinin hüquqi əsasları, tarixi dərsləri, Azərbaycan xalqına gətirdiyi problemlərdən danışılıb.

Hətta Azərbaycanın Rusiyaya könüllü birləşməsinin yubiley ildönümləri qeyd edilirdi.
Birinci Rusiya-İran müharibəsinin başa çatması ilə 1813-cü il oktyabrın 12-də Rusiya ilə İran arasında Gülüstan müqaviləsi bağlanıb. Müqavilənin şərtlərinə əsasən Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib. Beləliklə, Azərbaycanın tarixi ərazisinin Rusiya və İran arasında bölünməsinin əsası qoyulub.

İkinci Rusiya-İran müharibəsinin nəticəsi olaraq isə 1828-ci il fevralın 10-da Türkmənçay müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçib.

“Gülüstan və Türkmənçay müqaviləsinin başlıca məzmunu Güney Qafqazın Rusiya tərəfindən işğalı, imperiya ərazisinə qatılması və Azərbaycanın bölünməsidir”, deyə Əliyarlı qeyd edib.

Gülüstan və Türkmənçay müqaviləsinin başlıca məzmunu Güney Qafqazın Rusiya tərəfindən işğalı, imperiya ərazisinə qatılması və Azərbaycanın bölünməsidir.
Süleyman Əliyarlı Sovet imperiyası zamanında, - 1969-cu ildə Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini yazıb və Azərbaycan Kommunist Partiyasının təqiblərinə məruz qalıb.

“Müqavilələrdən sonra Rusiya tarixçiləri, ictimai xadimləri, ədibləri fəxrlə Azərbaycan ərazilərinin fəth edildiyindən yazırdı. Zaman keçdikcə bu anlayışlar birləşdirmə və könüllü birləşmə anlayışları ilə əvəz olundu. Hətta Azərbaycanın Rusiyaya könüllü birləşməsinin yubiley ildönümləri qeyd edilirdi”, o qeyd edib.

Tarix doktoru bildirib ki, Türkmənçay və Gülüstan müqavilələri Vladimir Leninin 1917-ci ildə Çar Rusiyasının bağladığı bütün müqavilələrin hüquqi qüvvədən düşməsi ilə bağlı imzaladığı dekretlə qüvvədən düşüb. 1921-ci ildə Rusiya-İran müqaviləsi ilə isə təsdiq edilib.

Türkmənçay və Gülüstan müqavilələri Vladimir Leninin 1917-ci ildə Çar Rusiyasının bağladığı bütün müqavilələrin hüquqi qüvvədən düşməsi ilə bağlı imzaladığı dekretlə qüvvədən düşüb.
“Bu müqavilələr artıq tarixin arxivindədir. Amma, müqavilələr Azərbaycan xalqını iki yerə bölüb. Müqavilələr əsasında basdırılmış sərhəd dirəkləri hələ də xalqımızın qarşısında həllini gözləyən problem kimi qalmaqdadır”, Əliyarlı bildirib.

Gülüstan və Türkmənçay müqaviləsi də daxil olmaqla Rusiyanın imperiyaçılıq ideologiyası hələ də bölgədə böyük problemlərin səbəbi olaraq qalır.

“Bu gün Moskvada Orxan Zeynalovun həbsi ətrafında aparılan siyasi təsirlərə cəhdin, Biryulova probleminin, Xəzər, Qarabağ və bütövlükdə Qafqaz problemlərinin aradan qaldırılması Rusiyanın imperiyaçılıq siyasətindən əl çəkib-çəkməməsindən asılıdır. Deyəsən Vladimir Putin bu ideologiyadan əl çəkmək fikrində deyil. Ona görə də problemlər artmaqda davam edəcək və daha ciddi problemlərə hazır olmalıyıq” , Süleyman Əliyarlı deyib.

Azərbaycan tarixi konyektur maraqlardan yazılıb.
Bununla yanaşı, konfransda Azərbaycanda vahid tarix konsepsiyasının yaradılmasının vaxtının çatdığı bildirilib.

“İndiyədək Azərbaycan tarixi konyektur maraqlardan yazılıb. Azərbaycanın obyektiv, intellektual və konyektur maraqlara xidmət etməyən tarixi yazılmalıdır”, Süleyman Əliyarlı qeyd edib.
XS
SM
MD
LG