Nəsimi Rayon Məhkəmə icraçıları xidmətinə aid olan 4 nəfər şəxs bu günlərdə Müsavat Partiyası Gənclər Komitəsinin sədri Tural Abbaslının yaşadığı evə basqın ediblər.
Tural Abbaslının sözlərinə görə, evə basqın edən şəxslər hər hansı sənəd təqdim etmədən evdəki əşyaları siyahıya almağa başlayıblar. Əşyaları siyahıya aldıqdan sonra T.Abbaslının anasına qol çəkdirmək istəyiblər. T.Abbaslının anası siyahıya alınan əşyaların oğluna məxsus olmadığını deyərək imza atmayıb.
T.Abbaslı məhkəmə icraçılarının bu addımını hökumət səviyyəsində terror, özbaşınalıq, quldurluq, reketçilik adlandırıb. “Özü də bu özbaşınalığı haqq-ədaləti qorumalı olan məhkəmə sisteminin əməkdaşlarının əli ilə edirlər”, - T.Abbaslı nəzərə çatdırıb.
T.Abbaslı bu addımın bu il yanvarın 12-də əsgər ölümlərinə etiraz olan aksiyada iştirakı ilə bağlı olduğunu deyib. Belə ki, həmin aksiya zamanı T.Abbaslı saxlanılıb, daha sonra məhkəmə tərəfindən 600 manat cərimə olunub. Bu qərarı əsassız sayan T.Abbaslı cəriməni ödəməkdən imtina edib. Məhkəmənin cərimə qərarından apellyasiya şikayəti verilib, bu məsələyə baxılır, daha sonra kassasiya şikayəti verilməsi nəzərdə tutulur.