Accessibility links

Tofiq Yaqublunun həbs müddəti daha 3 ay uzadılıb


Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu

Müsavat başqanının müavini siyasi fəaliyyətinə görə həbs edildiyini bir daha məhkəmənin diqqətinə çatdırıb

Avqustun 13-də Bakının Nəsimi Rayon Məhkməsi Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun həbs qətimkan tədbirinin daha 3 ay uzadıb.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, həbs müddətinin uzadılması Baş Prokurorluq tərəfindən T. Yaqublunun həbsinin daha 3 ay uzadılması ilə bağlı Nəsimi Rayon Məhkəməsinə təqdimat verilməsi ilə bağlıdır.

Vəkil bildirib ki, təqdimat əvvəlki təqdimatlardan heç nə ilə fərqlənməyib. Təqdimatda işin mürəkkəbliyi əsas gətirilərək həbs qəti imkan tədbirinin dekbarın 4-dək uzadılması istənilib.

T.Yaqublu həbs müddətinin uzadılmasına etiraz edib. O bir daha siyası fəaliyyətinə görə həbs edildiyini, həbslərin onu qorxutmadığını və mübarizəsini sonadək davam etdirəcəyini bildirib.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və REAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.

Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG