Martın 5-də Nəsimi rayon məhkəməsi Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi vəsatətini təmin etməyib.
Vəkil Akif Əlizadənin Amerikanın Səsinə deyib ki, proses Tofiq Yaqublunun iştirakı ilə keçirilib.
Məhkəmə müdafiə tərəfinin Yaqublunun “qatı cinayətkar” olmadığı, evini tərk etməməyə hazır olduğunu və şahidlərə təzyiq göstərmək niyyətində olmadığı haqqında dəlillərini diqqətə almayıb.
Xatırladaq ki, Tofiq Yaqublu və Respublikaçı Alternativ Hərəkatının (ReAL) rəhbəri İlqar Məmmədov fevralın 4-də İsmayıllı hadisələri ilə əlaqədar həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.
Yaqublu və Məmmədov ittihamları qəbul etmir. Təqsirləndirilən şəxslərin vəkilləri bildirib ki, Yaqublu və Məmmədov yanvarın 23-də iğtişaşlar zamanı ümumiyyətlə İsmayıllıda olmayıb.
Yanvarın 24-də vəziyyətlə tanış olmaq və iğtişaşların səbəbləri haqqında yerli sakinlərdən məlumat almaq üçün İsmayıllıya gediblər.